Sütçü İmam Universitetinin nümayəndələri “Xəzər”də oldular Representatives of Sütçü İmam University Visit Khazar
2015-ci il sentyabrın 7-də Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin nümayəndələri Təhsil Fakültəsinin dekanı professor Dr.Niyazi Can, Gözəl Sənətlər fakültəsinin dekanı professor Dr.Mehmet Özkarcı (hər ikisi öz xanımı ilə) Xəzər Universitetini ziyarət etdilər. Görüşdə Xəzər Universitetinin Tədris İşləri üzrə prorektoru professor Məhəmməd Nuriyev, İctimaiyyətlə Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli, Təhsil fakültəsinin dekanı Elza Səmədova, Musiqi və İncəsənət departamentinin müdiri Zülfiyyə Sadıqova və universitetin müəllimi, xalçaçı-rəssam Afaq Kərimova iştirak etdilər. Universitetlər arasında ikitərəfli qarşılıqlı münasibətlərin inkişafı kimi məsələlər ətrafında geniş müzakirələr aparıldı.
Görüşdən sonra qonaqlar üçün ziyafət təşkil olundu. Xəzər Universitetinin Təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və universitetin rektoru Dr.Hassan Niknafs qonaqlarla nahar süfrəsində görüşdülər.
After the meeting, a luncheon was given in honor of the guests. Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, and Dr. Hasan Niknafs, President of the university, also participated in the luncheon.


