Meksika səfiri Xəzər Universitetində oldu Ambassador of Mexico Visits Khazar

2015/09/20

2015-ci il sentyabrın 9-da Meksikanın Azərbaycandakı Fövqaladə və Səlahiyyətli səfiri cənab Xuan Rodriqo Labardini  Xəzər Universitetini ziyarət etdi və universitetin Təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdü. Görüşdə Xəzər Universitetinin rektoru  Dr. Hassan Niknafs da iştirak edirdi. Görüşdə Meksikanın ali təhsil ocaqları ilə Xəzər Universiteti arasında əlaqələrin qurulması, inkişafı kimi məsələlər ətrafında müzakirələr aparıldı.

On September 9, 2015, the Ambassador Extraordinary and Plenipotentiary of Mexico to the Azerbaijan Republic, H.E. Juan Rodrigo Labardini, visited Khazar University and met with Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees. Dr. Hasan Niknafs, President of the University, also participated in the meeting, where the parties discussed establishment and development of cooperation between Khazar University and Mexican universities.