Prof.Akad. Hamlet İsaxanlı Türkiyə-Azərbaycan Universitetinin rektoru Nəcibə Nəsibova ilə görüşüb  

2026/11/19

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı 2026-cı il noyabrın 18- də Türkiyə-Azərbaycan Universitetinin rektoru Nəcibə Nəsibova ilə görüşüb. Hamlet İsaxanlı, hələ Türkiyə Cümhuriyyətində işlədiyi illərdən tanışlıqları olan Nəcibə Nəsibovanı yeni iş yerində  ziyarət edərək, universitetdəki vəziyyətlə maraqlanıb.   Görüş zamanı universitetlər arasında qarşılıqlı əməkdaşlıq planlarından söhbət açılıb. Hamlet İsaxanlının Türkiyə-Azərbaycan Universitetinin tələbə-müəllim heyəti üçün mühazirələr oxuması razılaşdırılıb. Görüşün sonunda Nəcibə Nəsibova Hamlet İsaxanlıya ziyarətinə görə təşəkkürünü bildirib.

khazar.org