2020-ci il fevralın 25-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı PAWER layihəsinin universitetdə keçirilən yekun konfransının iştirakçısı,  Monqolustan Təhsil Nazirliyinin Ali Təhsil Siyasəti Departamentinin nümayəndəsi Bayar Duqarsuren ilə görüşdü. Bayar Duqarsuren Azərbaycan Təhsil Nazirliyinə rəsmi məktub göndərərək, əməkdaşlığa və Monqolustandan Azərbaycanın ali məktəblərinə tələbə qəbuluna dair təkliflərini, həmçinin, ali məktəblərin reytinqində Azərbaycan universitetləri arasında lider olan Xəzər Universitetinə böyük maraq göstərdiyini bildirmişdi.

Universitetin rektoru dosent İradə Xəlilova və İnkişaf mərkəzinin direktoru Raziyə İsayevanın da iştirak etdikləri görüşdə qonağa Xəzər Universiteti haqqında ətraflı məlumat verilmiş, universitetə Monqolustandan tələbə qəbuluna aid müzakirələr aparılmışdır.

khazar.org