2020-ci il fevralın 19-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Dr. Hassan Niknafs dəvətnamə əsasında Türkiyənin Eskişehir şəhərindəki Osmangazi Universitetində oldular.
Bu səfərin əsas məqsədi Osmangazi Universiteti və Xəzər Universiteti arasında təhsil və tədqiqat əməkdaşlığını müzakirə etmək idi. Bu əməkdaşlıq nanotexnologiya, materialşünaslıq və biomühəndislik kimi mühəndisliyin bir çox sahələrində qarşılıqlı tədqiqat işlərini əhatə edəcək. Ayrıca, əsasən maşınqayırma, kompüter mühəndisliyi, kompüter elmləri, elektrik və elektronika və inşaat mühəndisliyi sahələrində tələbə mübadiləsi, ikili dərəcə və ortaq dərəcə proqramları daxil olacaq.
Xəzər Universitetinin iki nəfərdən ibarət heyəti –professor Hamlet İsaxanlı və Dr. Həsən Niknafs Osmangazi Universitetinin rektoru professor Kamal Şenocak və Eskişehir Osmangazi Universitetinin Mərkəzi tədqiqat laboratoriyasının direktoru Prof. Dr. Vural Bütün ilə görüşdülər. Bütün mümkün təhsil və tədqiqat əməkdaşlıq müzakirə edildi və razılaşdırıldı. Bu cür əməkdaşlığa başlamaq üçün tezliklə protokol yazılacaq və imzalanacaqdır.