Xəzər Universitetinin “Dünya” məktəbində təqdimatı Presentation of Khazar University at Dunya School
2016-cı il aprelin 5-də “Dünya” məktəbinin İB proqramında təhsil alan tələbələri üçün həmin məktəbdə Xəzər Universiteti haqqında təqdimat keçirildi. Təqdimat Beynəlxalq Əlaqələr Şöbəsi tərəfindən təşkil olunmuşdu.
Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs iştirakçıları salamladı və öz universitet təcrübələrini bölüşmək üçün dəvət olunan əcnəbi tələbələri təqdim etdi. Tədbirdə iştirak edənlər Kamerun, Qambiya, Hindistan, İran, Nigeriya və Pakistandan olan tələbələr idi. Əcnəbi tələbələr “Xəzər”dəki təhsil təcrübələrindən və təhsillərini davam etdirmək üçün bu universiteti seçmək səbəblərindən danışdılar. Qonaqlar arasında Yuliya Kraycarz, Polşadan olan müstəqil qonaq tədqiqatçı da var idi.
Beynəlxalq Əlaqələr Ofisinin direktoru Turan Cəfərova təqdimat keçirdi və Xəzər Universiteti, fakültələr, yerli tələbələrə təklif olunan proqramlar, həmçinin, resuslar, laboratoriyalar, xidmətlər və tədbirlər haqqında danışdı. Xəzər Universitetinin digər universitetlər arasında yerli, regional və beynəlxalq reytinqlərdə tutduğu yerlər haqqında məlumat iştirakçılara çatdırıldı. Xəzər Universitetinin beynəlxalq əməkdaşlıqları, tələbələr üçün təhsil və mübadilə imkanları barədə geniş məlumat verildi.
Təqdimat sual-cavab sessiyası ilə başa çatdı. İştirakçılara Xəzər Universitetinin təbliğat materialları verildi.
On April 5, 2016, a presentation about Khazar University was delivered for the IB program students of Dunya School. The presentation was organized by the International Affairs Office and took place at Dunya School.
Dr. Hassan Niknafs, President of Khazar University, opened the event by welcoming the participants and introducing the international students who were invited to speak about their experience at Khazar University. International students who participated in the event included those from Cameroon, Gambia, India, Iran, Nigeria, and Pakistan. International students shared their experience of studying at Khazar and reasons for choosing Khazar to continue their education. Guests also included a visiting independent researcher from Poland.
Turan Jafarova, Director of the International Affairs Office, delivered the presentation and spoke about Khazar University, its schools, programs it offers to local students, resources, laboratories, services, and events. Participants were informed about the ranking of Khazar University among other universities on local, regional, and international levels. Detailed information was also provided about the international partnerships of Khazar University as well as study and exchange opportunities for students.
The presentation ended with a question and answer session. Promotional materials of Khazar University were distributed to the participants of the presentation.