[:az]Mayın 31-də Xəzər Universitetinin Mühəndislik və tətbiqi elmlər və Təhsil fakültələrinin tələbələri Xəzər Universiteti İnternet institutunun direktoru Rəşad Əliyevin tədris etdiyi “Web Design and Development” fənnindən müxtəlif mövzuları əhatə edən, özlərinin hazırladıqları saytların təqdimatını keçirmişlər. Təqdimat 32 tələbənin hazırladığı 25 saytı əhatə etmişdir. Təqdimatda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı və Kompüter elmləri departamentinin müdiri Leyla Muradxanlı münsiflər heyəti kimi iştirak etmiş və öz rəylərini bildirmişlər.
Təqdimatın sonunda ən çox bəyənilən 3 sayt – Valeh Hacıyevin Azərbaycanda elektron kommersiyanın inkişafı istiqamətində Prestashop CMS-i üçün yazdığı GoldenPay modulu, Samir Amanovun Təhsil portalı və Oksana Vikhlyansevanın Fashion mövzulu saytı seçilmişdir. Seçilmiş sayt qurucularına “Caspian Mobile” şirkəti tərəfindən həvəsləndirici hədiyyələr, digər tələbələrə isə pulsuz hostinq və domenlər verilmişdir.
[:en]On May 31, students of the Schools of Engineering and Applied Sciences and Education of Khazar University presented their own websites covering a variety of topics that they designed as part of the “Web Design and Development” course which was taught by Rashad Aliyev, Director of Khazar University Internet Institute. The presentation covered 25 sites made by 32 students. The founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, and head of the Department of Computer Science, Leyla Muradkhanli, participated in the presentation as a jury and expressed their opinions.
At the end of the presentation, the 3 most popular sites, including Valeh Hajiyev’s GoldenPay module for the development of e-commerce, Samir Amanov’s Education portal written for Prestashop CMS, and Oksana Vikhlyanseva’s Fashion-themed site, were selected.
The “Caspian Mobile” company gave promotional gifts to the founders of the selected sites, and free hosting and domains were given to the other students.
[:]