[:az]İyunun 1-də Xəzər Universitetinin “Dünya” konsert salonunda universitetin XI sinif şagirdləri arasında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində keçirdiyi 10-cu Respublika Olimpiadasının yekunlarına həsr olunmuş mərasim keçirildi. Mərasimdə Olimpiadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini, universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli geniş hesabat məruzəsi ilə çıxış etdi. Ə.Əmirbəyli görülən işlər haqqında məlumat verərək bildirdi ki, Olimpiada mayın 4-5-də Bakı, Gəncə, Şəki, Sumqayıt, Lənkəran, Mingəçevir şəhərlərində keçirilmişdir. Olimpiadanın son turunda respublika üzrə toplam 901 nəfər 11-ci sinif şagirdi iştirak etmişdir. Ümumilikdə, Respublika Olimpiadasına ölkənin 371 tam orta məktəb və liseylərin şagirdləri qatılmışdır.
Ə.Əmirbəyli Olimpiadada Bakı şəhərinin Nizami rayonundakı 32 saylı tam orta məktəbin şagirdi Anar Canəmir oğlu Dadaşzadənin ən yüksək nəticə göstərərək 672 bal topladığını, I, II, III yerləri tutanları və diploma layiq görülənləri elan etdi. Qaliblərə Xəzər Universitetinin diplomları, mükafatları və Azersun Holdinq şirkətinin hədiyyələri təqdim olundu.
Mərasimdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, 32 saylı tam orta məktəbin direktoru Sevda Abdullayeva və digərləri çıxış edərək, qaliblərə qarşıdakı qəbul imtahanlarında uğurlar arzuladılar. Xatirə şəkilləri çəkildi. Mərasimin sonunda iştirakçılara Xəzər Universiteti tələbələrinin ifasında maraqlı konsert proqramı təqdim olundu. Təqdimat mərasimini ölkənin müxtəlif televiziya kanalları geniş işıqlandırdılar.
Əlövsət Əmirbəyli,
İctimai əlaqələr və media üzrə direktor
[:en]June 1, a ceremony was held at Khazar University’s World Concert Hall to announce the results of the 10th Olympiad held among eleventh grade students in Baku and different regions of Azerbaijan by Khazar University. Deputy Chairman of the Organizing Committee of Olympiad Preparation, Director of Public Relations and Media, Alovsat Amirbayli, made an extensive report. A. Amirbeyli gave information about the work done and noted that the Olympiad was held on May 4 and 5 in Baku, Ganja, Sheki, Sumgait, Lenkeran, and Mingechevir. A total of 901 eleventh grade students in the country participated in the last round of the Olympiad. In general, eleventh grade students from 371 secondary schools and high schools participated in the Olympiad.
A student of Baku’s Nizami district secondary school № 32, Anar Dadashzadeh, earned 672 points on the test. He was awarded a certificate along with students who earned I, II, and III places. Diplomas, Khazar University awards and gifts from Azersun Holding Company were presented to the winners.
The founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, Head of Nizami District Executive Power, Tahir Budagov, director of secondary school No 32, Sevda Abdullayeva, and others spoke and wished good luck to the winners in their upcoming university entrance examinations. Photos were taken. At the end of the ceremony, a concert was presented by the students of Khazar University. The event was covered by various TV channels.
Alovsat Amirbayli,
Director of Public Relations and Media
[:]