[:az]İyunun 3-də Bakıdakı Hilton otelində Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Gələcəyi Tədqiqatlar Cəmiyyəti, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanın gələcəyi üçün növbəti böyük addımlar: Azərbaycanın neft sonrası iqtisadiyyatı” mövzusunda beynəlxalq forum keçirildi. Forumda Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “ Neft asılılığının arxasında inkişaf edən gələcək informasiya iqtisadiyyatı “ mövzusunda əsas nitq söylədi. Dünyanın ən nüfuzlu alimləri və ixtiraçıları mövzu ətrafında müzakirələr apardılar. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı forumun işində iştirak etdi.
[:en]On June 3rd at the Hilton Hotel in Baku, Azerbaijani Future Studies Society coordinated an international forum on the topic “Next Big Things for the Future of Azerbaijan: Implications for Action Today (Post-oil Economy).” The forum included discussions with top scholars and innovators from around the world. Attendees at the forum included ministers of the Republic of Azerbaijan, ambassadors to Azerbaijan from other countries, and representatives of businesses, universities and the media. The founder of Khazar University and Chairman of the Board of Directors and Trustees, Prof. Hamlet Isaxanli, also participated in the forum. [:]