Prof.Akad. Hamlet İsaxanlıya  Fəxri Şəhadətnamə təqdim edilib  

2026/09/13

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlıya 2026- cı il mayın 20- də “Neftçi Geoloqları Cəmiyyəti” İctimai Birliyinin “Cəmiyyətin Dostu” Fəxri Şəhadətnaməsi verilib. Şəhadətnaməni  Cəmiyyətin sədr müavini, Xəzər Universitetinin Neft-qaz mühəndisliyi departamentinin müdiri, yer elmləri üzrə fəlsəfə doktoru Elvin Əhmədov təqdim edib. 

E. Əhmədov görüş zamanı bildirib  ki, 2022-ci ildən başlayaraq, Xəzər Universiteti və “Neftçi Geoloqları Cəmiyyəti” İctimai Birliyi sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq tələbələrin elmi-tədqiqat işlərinin aparılmasına, konfranslarda məruzə ilə çıxışına, Cəmiyyətin təsis etdiyi “Azərbaycan Geoloqu” jurnalında elmi işlərinin dərc olunmasına dəstək göstərib. Xəzər Universiteti Cəmiyyətin inkişafına həmişə  qayğı ilə yanaşıb, Cəmiyyət tərəfindən təşkil olunan konfranslara və ofis fəaliyyətinə ev sahibliyi edib.  Bütün bu dəstəyə və əməkdaşlığa görə, “NGC” İctimai Birliyi  Prof. Akad. Hamlet İsaxanlıya, rektor Dr. Raziyə İsayevaya, Dr. Fəxrəndə Əfəndiyevaya, Dr. Günel Bahəddinovaya öz dərin təşəkkürün bildirir.

khazar.org