Prof.Akad.Hamlet İsaxanlı ədəbiyyat və kitab festivalında

2026/09/13

Xəzər Universitetinin təsisçisi,  Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı  2026-cı il mayın 22- dən 26-dək təşkil olunmuş “VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı” çərçivəsində  “Səməd Vurğun – 120” panelində iştirak edib.

 Azərbaycan Milli Elmlər Akademiyasının ev sahibliyi ilə keçirilən festival AMEA-nın parkında – açıq havada  yüksək səviyyədə təşkil olunub.  Festivalın ikinci günü mayın 23- də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, fil.ü.f.d.,Dos. Aygün Bağırlının moderatorluğunda xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş paneldə  Prof.Akad. Hamlet İsaxanlı “Səməd Vurğun və onun Zənci Qəhrəmanının sorağında” adlı məruzə ilə çıxış edib. Paneli giriş sözü ilə filologiya elmləri doctoru, Prof. Qəzənfər Paşayev açıb. O, S.Vurğunun yaradıcılığından danışaraq, məruzə üçün sözü Hamlet İsaxanlıya verib. Hamlet İsaxanlının məruzəsi dinləyicilər tərəfindən çox böyük maraqla qarşılanıb. Məruzə ilə bağlı prezentasiyada Xalq  şairinin  indiyədək  məlum olmayan 6 şəkli nümayiş etdirilib. Tədbirdə Xəzər Universitetindən  müəllim və tələbələr də istirak ediblər.

khazar.org