Prof.Akad. Hamlet İsaxanlı Azərbaycan Yazıçılar Birliyində tədbirdə

2026/09/13

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin anadan olmasının 145 illiyinə həsr olunmuş tədbir olub.

 AYB-dən bildirilib ki, tədbir Azərbaycan Yazıçılar Birliyi və Abdulla Şaiqin mənzil-muzeyinin birgə təşkilatçılığı ilə keçirilib.

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxışında Abdulla Şaiqin Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışıb.

Tədbirdə çıxış edən AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı, filologiya elmləri doktoru, şair Zahid Xəlil və digərləri yazıçının çoxcəhətli fəaliyyətinin digər bir sahəsindən – ədəbiyyatşünas-alim kimi fəaliyyətindən bəhs ediblər.

Sonda Abdulla Şaiqin nəvəsi, Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Tədbir bədii hissə ilə davam edib.

https://aztv.az/az/news/90029149/abdulla-saiqin-145-illiyi-azerbaycan-yazicilar-birliyinde-qeyd-edilib

khazar.org