Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Riyaziyyat departamentinin professoru, akademik Hamlet İsaxanlının və eyni departamentin professoru Biləndər Allahverdiyevin “The resolvent operator of singular impulsive dynamic Dirac equations” (“Sinqulyar impulsiv dinamik Dirak tənliklərinin rezolvent operatoru”) adlı birgə məqaləsi “Annals of Oradea University-Mathematics Fascicola” jurnalında (2024, Cild 31, № 1) dərc edilib. Qeyd edək ki, “Annals of Oradea University-Mathematics Fascicola” jurnalı MathSciNet (Mathematical Reviews) və Zentralblatt MATH bazalarında indekslənib.

Məqalədə impulsiv sinqulyar dinamik Dirak tənlikləri tətqiq edilir. Əvvəlcə bu tənliklər üçün spektral funksiya qurulur. Daha sonra rezolvent operatorun inteqral təsviri düsturu əldə edilir.

(In this study, impulsive singular dynamic Dirac equations are con sidered. Firstly, a spectral function for these equations is constructed. Later, an integral representation of the resolvent operator is obtained).

 

Məqaləyə keçid: http://arhiva-stiinte.uoradea.ro/en/auofm/auofm_contents.htm

http://arhiva-stiinte.uoradea.ro/en/auofm.htm

khazar.org