Əli Rza Xələfli
“Xəzər Xəbər” jurnalında (2010) Dədə Camalın – fəlsəfə elmləri dok- toru, professor Camal Mustafayevin Hamlet İsaxanlının “Ziyarət” poeması haqqında “Ata ocağı” sərlövhəli essesi xüsusi maraq doğurur. Əgər maraq doğurursa, biz öz sözümüzü də deməyə özümüzdə güc tapmalıyıq. Əlbəttə, həm “Ziyarət” əsərinin müəllifinə hörmət, həm də “Ata ocağı” adı ilə bu əsər haqqında fikir deyən görkəmli filosof Dədə Camala ehtiramla.
Hamlet İsaxanlının “Ziyarət” əsəri (2009) nəşr olunub. Bu əsərin – əs- lində, əsərin yox, bu kitabın mahiyyəti tarixi yaddaşın ziyarəti mahiyyətini daşıyır. H.İsaxanlının indiyə qədər nəşr olunmuş kitablarından fərqli olaraq “Ziyarət”də biz həm də müəllifin çox dəqiq, aydın cizgilərlə obrazını görə bilirik. Çünki “Təzadlar”da və digər kitablarında H.İsaxanlı “lirik mən” kimi görünürdü. Amma “Ziyarət”də, həm də avtobioqrafik xarakter hiss olunur. Biz onun real şəxsiyyətini, mənəvi simasını tam müşahidə edirik. Və ən baş- lıcası, müqayisə aparmaq imkanımız da olur. Biz onun mənəvi potensialı- nın, ruhunun fonunda həyat gerçəkliklərini və bu gerçəkliklərin ziddiyyətlə- rini də görürük. Ümumiyyətlə, “Ziyarət” özünü dərketmə kitabıdır. “Ziya- rət”in timsalında mənəvi ziyarətlə yanaşı, həm də bu ziyarətin doğma yurdla bağlı müqəddəsliyini, dini-mənəvi-ideoloji aspektlərini də dərk etmək müm- kün olur.
Ümumiyyətlə, “Ziyarət” kitabının məziyyətləri haqqında çox geniş da- nışmaq olar. Və elə bu qeydləri də geniş danışmağın girişi hesab etmək olar. Ən başlıcası, şair-publisist və Azərbaycanın görkəmli elm xadimi Hamlet İsaxanlının manifest olaraq “Ziyarət” kitabının əvvəlində, öz şəklinin altında verdiyi bu sözləri unutmamaq şərti ilə:
“Kitaba heca, hecalı sərbəst və ya ritmik sərbəst, həmçinin digər vəzn- lərdə yazılmış, qəmli və sevinc dolu, fəlsəfi və sadəcə xoş əhval yara- dan müxtəlif şeirlər daxildir. Epik-lirik “Ziyarət” poeması şairin öz uşaqlığına, doğulduğu kəndə səyahəti ilə, yaxın və uzaq keçmiş haq- qında mülahizələri ilə bağlıdır”.1
Bütün insani mahiyyətə uyğun olaraq ziyarət hər birimizin ruhunda, mənəvi dünyasında vaxtilə gördüklərimizə, yaşadıqlarımıza yenidən qovuş- maq cəhdi, ovqatıdır. Bizim hər birimiz arzulayırıq ki, son məqamda olsa belə, bir ziyarət ocağı olaraq qəlbimizdə tutduğumuz məkanı sonuncu dəfə olsa belə, ziyarət edək, onun ətrafını axırıncı dəfə olsa belə görək, həmin məkanın bizim ruhi-mənəvi dünyamızdakı əks-sədasını yalnız səs və səda kimi yox, həm də həyatımızın mənası kimi dərk edək.
Ümumiyyətlə, ziyarət nədir? Ziyarətin doğurduğu mənəvi-estetik ma- hiyyət nədən ibarətdir? Biz bu yöndə indiyə qədər düşünmüşükmü? Ziyarət elə bir mənəvi anlamdır ki, burda şəxsin daxili-mənəvi mühitində müqəddəs hesab elədiyi ən böyük kriteriyalar, ölçülər əsas götürülür. Bu baxımdan yanaşdıqda hər şeydən əvvəl hər bir adamın ürəyində daşıdığı, öz gizlinində saxladığı bir ziyarət yeri var. Bu ziyarət yeri bizim hər birimizin yox, yalnız o ziyarət yerinin gücünü bilən adamların düşüncələrinə uyğun olaraq, onla- rın fikir və mülahizələrinə uyğun olaraq qiymətlidir.
H.İsaxanlı kimdir? Bu suala axıradək cavab vermək yəqin ki, müasir- lərimiz üçün olduqca çətin olacaq. Buna görə də onun şəxsiyyətindən, bir müəllif olaraq yaradıcılıq dünyasından, ən başlıcası, onun elmi-bədii yaradı- cılığından danışmaq məsuliyyət ədəbi-elmi cəsarət tələb edir.
Ümumiyyətlə, H.İsaxanlının ictimai-fəlsəfi görüşlərini, insani məhəbbət duyğularını əks etdirən poetik örnəklərində biz onun həm fiziki, həm də mənəvi gücü ilə qarşılaşırıq.
Poeziya nədir? Ümumiyyətlə, bu suala konkret cavab vermək üçün dün- yanın nəinki klassikləri, lap elə, burnumuzun ucunda olan müasirlərimiz be- lə fikir döyüşlərinə çıxıblar. Doğrudan da, poeziyanı yalnız peşəkarlıqla ya- ratmaq olar, yoxsa, ilhamın və təbin, səmimiyyətin və romantik duyğuların təhrikiylə?
H.İsaxanlının “Ziyarət” kitabında dərc olunmuş “qaramtil işiq” sər- lövhəli bir şeiri var. İlk baxışdan işıqla qaramtıllıq ziddiyyət təşkil edir. Bu tərəflərin bir-birilə yoldaşlıq etməsi qeyri-mümkün hesab olunur. Ancaq həm insanın düşüncəsində, mənəvi aləmində, həm də zahiri görkəmində işıqla qaranlığın döyüşdüyü məqamlar olur. Məsələn, olur ki, biz kimisə qa- rasaç hesab edirik. Ancaq başqaları onun saçlarına baxıb: “Çoxdan çallaşıb, saçı ağarıb”, – deyir. Bu düşüncə, bu anlam insanın mənəvi aləminə də şa- mil oluna bilər. Şair də insandır və onun daxili-mənəvi dünyasında belə zid- diyyətlər, belə qaramtıllıq – işıq kimi, belə işıq – qaramtıllıq kimi təzahür edə bilər. Ümumiyyətlə, sənət ziddiyyətin, təzadın övladıdır desək, səhv et- mərik. Bəlkə, qaramtıl işığın sayrışan kölgələrində, buludlu axşamlarında başını bulayan qəmli qərənfilin özünəməxsus dildə pıçıltılarını dinləyək:
Saçımda meh gəzir, ayağımda şeh
Xəyalım sevdalı, əməlim saleh
İçdiyim su Zəm-zəm,
Şair ruhum dəm…
Duyan varmı görən?
Varsa – xeyli kəm…
Düşünürəm hərdən: meydanda təkəm Mənə soyuqdur
Ölmüşəm, ortadan götürən yoxdur.
Gül təzə açmışdı, tezcə də soldu,
Sərin meh, büllur şeh sanki yox oldu… Göy çəmənə xəstə bir kölgə qondu, Soyuq yellər əsdi can otağımda.
Meh saçımda dondu,
Şeh ayağımda.
Səma buludludur,
İşıq qaramtıl.
Sürünə-sürünə əriyir kölgəm, Başını bulayır qəmli qərənfil…
Təsadüfi deyil ki, biz burada şairlə, daha doğrusu, lirik mənlə başını bu- layan qəmli qərənfilin obrazını bir-birinə qovuşmuş halda, onları bir ruhda, bir canda gördük. Biz bəzən şairin uğurunu tamam başqa-başqa məqamlarda axtarırıq. Bu qovuşmanın özü şairin tapıntısı və uğuru deyilmi?
Bizim ədəbi qəhrəmanımız və elə bugünkü mənəvi ədəbi mühitimizdə
kifayət qədər yeri olan H.İsaxanlı etiraf edək ki, bir gözəl şair kimi artıq özünütəsdiqə nail olmuşdur.
Ümumiyyətlə, tarixən görmüşük, inanmışıq ki, şair stereotip – şablon adamı deyil. Şairin sözün həqiqi mənasında, ona güc bəxş edən ilahi bir şəh- pəri var. Və H.İsaxanlının da istər “Təzadlar”, istərsə də “Ziyarət” kitabla- rında bu ilahi şəhpərin gücünü hiss etməmək mümkün deyil. Ən başlıcası, ona görə ki, müəllif yaratdığı söz-sənət arenasında yaddaş mexanizminin gücünü qaytarmaq istəyir. Bu yaddaş mexanizmi nəyi qaytarmalıdır? Kənd idilliyası – əlbəttə, kəndi idealizə etmədən kəndin kənarındakı bulağın başına yığılan qızların şaqraq gülüşləri ilə müşayiət olunan axşam görüşləri, sə- həngləri doldurub çiyinlərinə aşıran qızların təkəbbürlü, iddialı yerişləri… kənd, doğmalar, evlər, bulaqlar, cığırlar, ətrafı meşələrlə əhatə olunan xatirə yerləri – bütün bunların hamısı bizim bugünkü mənəvi dünyamızda axtardı- ğımız həsrətlərin son ucları deyilmi? Gəlin, həqiqətə tapınaq, H.İsaxanlı “Ziyarət” kitabı ilə bizi hara çağırır? Doğrudanmı Məkkəyə, Mədinəyə, Kər- bəlaya çağırır? Mən qətiyyən mənəvi-dini, psixoloji durumda bu yolun ək- sinə deyiləm.
Amma sənətkar üçün, poetik ruhun hakimliyini duyan adam üçün ən böyük ziyarət yeri özünün dədə-baba yurdudur, xatirəsində canlanan bulaq- dır. O yerə qayıtmaq, o yerin hiss və həyəcanlarını yaşamaq, əslində, ən bö- yük ziyarətdir. Bu gün Azərbaycan ədəbi-mənəvi mühitində fikir döyüşlə- rinə şərait yaratmaq üçün, yaxşı mənada fikir və düşüncələri çulğaşdırmaq üçün, qarşılaşdırmaq üçün ziyarət adı ən gözəl “bəhanədir”.
Həqiqətən də dünya, cəmiyyət, sənə həyatı bəxş edən ilkinlik, doğmalıq haqqında ən səmimi duyğularla necə danışmaq mümkün ola bilər? Yalnız o zaman mümkün ola bilər ki, sən bütün çətinlikləri, bütün mənəvi ziddiyyət- ləri özünün daxili dünyanda həzm edə biləsən. Ümumiyyətlə, ziyarətin ma- hiyyəti fikirdə və düşüncədə doğulduğun yerin, yurdun mənəvi dünyasını axıracan yaşamaq gücündədir. Budur dünyanın, budur ədəbi sözün mənəvi sərhədləri! Ümumiyyətlə, ziyarətin mənəvi mahiyyəti çox vaxt qədərincə anlaşılmır. Amma ən müqəddəs ziyarətlər çox vaxt özünün istək və arzulara uyğun olaraq missiyasını yerinə yetirib. Ən başlıcası, istər məkan baxımın- dan, istər də mənəvi-psixoloji baxımdan ziyarət o vaxt kamil hesab olunur ki, ziyarət edənin məmnunluğu duyulur. H.İsaxanlının “Ziyarət” poeması özünün siqlətinə görə, mənəvi əhatə dairəsinə görə tam əsas verir ki, bu əsər elə “Ziyarət” adlansın. Bizim mənəvi mühitimizdə mübahisələr, tərəddüdlü, ziddiyyətli görüşləri ilə toqquşan adamlar az deyil. Ancaq H.İsaxanlı Azər- baycanın görkəmli riyaziyyatçı alimidir, sözün həqiqi mənasında, böyük təhsil təşkilatçısıdır. Ümumiyyətlə, qabaqcıl pedaqoji fikir tarixi ilə kifayət qədər tanış olmayan adam belə bir universiteti yarada bilməzdi. Ona görə ki, universiteti yaratmaq, ona rəhbərlik etmək çox böyük risk və yüksək mənəvi potensial tələb edir. H.İsaxanlı isə təkcə şair olmaqdan başqa, XIX əsrin rus mənəvi mühitinin fəlsəfi mahiyyətini axıracan dərk etmiş, XIX-XX əsr Avropa və dünya ədəbi-mənəvi mühitinin təlqin elədiyi əsas ideyanı özünün yaradıcılığında, xüsusilə, poetik yaradıcılığında göstərən və təsdiq edən bir tədqiqatçıdır.
H.İsaxanlı istər tədqiqatlarında, istərsə də publisist düşüncələrində şair- dir. Çünki o, hissləri ilə danışan müəllifdir. İstər “Təzadlar”, istərsə də “Zi- yarət” kitablarında biz H.İsaxanlını özünün fərdi düşüncələri ilə cəmiyyətin mənəvi arenasını uyğunlaşdırmaq istəyən bir müəllif kimi görürük. H.İsa- xanlının ən böyük uğuru və estetik tələbi bundan ibarətdir ki, o, cəmiyyəti özünün arzuladığı kimi görmək istəyir. Bu məsələdə onun bir sənətkar kimi, bədii cəhətdən ədəbi uğuru kimi, qiymətləndirə biləcəyimiz misraları ədə- biyyatın öhdəsinə düşür. Hər halda, H.İsaxanlı sağlam, estetik qayəsinə görə (Dədə Camal), sözün həqiqi mənasında fərqlənən və təqdiredici qiymətini almağa layiq olan bir sənətkardır. Ona görə ki, o, ürəyi ilə, qəlbi ilə tənha qalmağı bacarır. Dünyanın, həyatın şəxsin mənəvi aləminə təsir gücünü görə bilir. “Bu nə sevgi, nə fəlsəfə?” şeirinə diqqət edək:
Məğrur idim,
Əyilmirdim.
birdən-birə dizə gəldim. Səni görmək istəmirdim, Dözəmmədim,
Xəyalımda sizə gəldim. Bu nə sevgi, nə fəlsəfə? Sevməyənlər kef-damaqda.
Mənsə səni sevə-sevə
Gözə gəldim?!
O zaman ki
Düşdüm məhəbbət toruna – Yadındamı hüzuruna
Bir qara saç təqdim etdim?! Əvəzində sən nə etdin? Saçlarıma dən gətirdin.
Vüqardan əyilməz idim,
İçimdəydi bütün dərdim.
Birdən-birə
Taqətdən düşdüm, əyildim,
Başıma duman gətirdin, çən gətirdin. Vallah, billah,
Başqa səbəb görəmmirəm,
Məni dizə sən gətirdin.
Bu güc isə o qədər həssas, o qədər vüsətlidir ki, orada biz nəinki bir şai- rin dünyasını görə bilirik, eləcə də, ümumiyyətlə, şairlə həyatın, şairlə dün- yanın arasındakı təzadı görə bilirik.
Dədə Camal – fəlsəfə elmləri doktoru, professor Camal Mustafayev H.İsaxanlının poetik örnəkləri ilə bahəm, “Ziyarət” poeması haqqında təsa- düfi söz açmır. Onun danışmaq istədiyi, aşkarlamaq istədiyi mətləblər əslin- də, əsərin özündə bütövlüyü ilə görünür. Biz də bu yöndən Dədə Camalın mənəvi dünyasına hörmət əlaməti olaraq H.İsaxanlının poetik örnəklərini kifayət qədər qədərincə anlamağa çalışırıq. Və bu örnəklərdə səmimiyyəti duyuruq.
H.İsaxanlı, siz kimsiniz? İndi bu suala özünüz cavab verin. Elmlər dok- toru, professor kimi, riyaziyyat elmləri üzrə görkəmli mütəxəssis kimi, şair kimi, təhsil təşkilatçısı kimi Siz Azərbaycanda məşhursunuz. Bizim qiymətləndirdiyimiz Sizin çox böyük mənəvi aləminiz, şairlik dünyanızdır. Əgər rəva bilsəniz, dünyanın bütün riyaziyyatçılarından və Azərbaycanın ən görkəmli pedaqoq alimlərindən təmənna edərdik ki, sizi bizdən almasınlar. Sadəcə, tərifsiz, titulsuz, sıravi bir qələm adamı olaraq Azərbaycanın iddiasız bir şairi olaraq sizi görək. Budur bizim istəyimiz.
Ancaq daha geniş planda cavab veriləsi suallar var: Dədə Camalı “Ziya- rət”də müşayiət edən hansı duyğulardır? O, hansı hisslərin təsiri altında “Ata ocağı”na gəlib çıxır?.. Bu ziyarətin ata ocağında görünən və görünməyən hansı tərəfləri var?
H.İsaxanlının “Ziyarət” poeması bir çox ədəbi-bədii məziyyətləri ilə diqqəti cəlb edir. Ümumiyyətlə, yaddaşa qayıtmaq, yaddaş fenomeninin əsa- sında müəllifin tarixi-mənəvi gerçəkliyi sözə gətirmək, obrazlar yaratmaq ənənəsi tarixən mövcud olub. Biz bu ənənənin köklərini, izlərini qədim türk mənbələrində, “Şu” dastanında, “Dədə Qorqud kitabı”nda, Nizamidə, klas- sik ədəbiyyatın çox dəyərli digər örnəklərində də görürük. Nizami öz qəhrə- manlarının taleyini həll edəndə özbaşına qərar çıxarmır. Mütləq daha əv- vəlki keçmişlərə müraciət edir. Gəncliyində müşahidə etdiyi hadisələri yada salır, doğma yurdunu, Gəncə zəlzələsini, Bərdənin vəsfini – bütün bunları yaddaş fenomeninin təsiri altında qələmə alır. Mübahisəyə ehtiyac yoxdur ki, yaddaş fenomeninin ali obrazını məktəb səviyyəsinə qaldıran, altmış ilə yaxındır ki, Azərbaycan, İran, İraq, Anadolu, Dərbənd, Borçalı, Göyçə əra- zilərində yaşayıb, qələm sahibi olan şairlərin (müəyyən mənada, həm də na- sirlərin) yaddaş fenomeninə müraciət edən çox böyük nəsillərini bu məktə- bin təsiri altına almışdır. Şəhriyar düsturu ilə, Heydərbaba ruhu ilə yazılmış əsərlərin dəqiq sayını bu gün bilən yoxdur. İraqdan Əlbüllətif Bəndəroğlu və onun “Yurt” dərgisi ətrafında birləşən çoxlu sənətkarlar “Heydərbabaya sa- lam” poemasına nəzirələr yazmışlar. Cənubi Azərbaycanda da şairlər onun səsinə çox böyük hiss və duyğu ilə cavab vermişlər.
Bu günə qədər Cənubi Qafqaz əhatəsində olan azərbaycanlı şairlər də “Heydərbabaya salam” kitabxanasına özlərinin zəngin töhfələrini vermişlər. Çox böyük məmnunluq hissi ilə qeyd edərdim ki, bu sətirlərin müəllifi olaraq mən də “Bir Xələfli var imiş” adlı əsərimlə o möhtəşəm “salam” qarşısında mənəvi borcumu verməyə çalışmışam. Təəssüflə bunu da deməliyəm; Şəhriyar düsturundan istifadə ilə yazılmış “qrafoman” əsərlər də az deyil. Bunu da təbii qəbul etmək lazımdır. Hər kəs yaddaş feno- meninin ecazkar sarayına özünün istedadı, düşüncəsi və təxəyyülünün imkan verdiyi güclə daxil olur. Son vaxtlar yaddaş fenomeninin təsiri altın- da yazılmış Şəhriyar ənənəsini yalnız mənəvi olaraq qəbul edib özünün ori- jinal forması ilə diqqəti çəkən çox maraqlı əsərlər yaranmaqdadır. Xalq şairi Nəriman Həsənzadənin “Poylu beşiyim mənim” eposu, Hafiz Rüstəmin “Bakıdan Yardımlıya səyahət” yaddaş poeması, bu sıradan heç şübhəsiz, çox də- yərli yerlərdən birini tutan H.İsaxanlının “Ziyarət” poeması ədəbi-bədii də- yərinə, “sağlam-estetik əsaslarına” görə yaşarılıq haqqı qazanacaq, zaman- zaman müəllifinə şöhrət qazandıracaq əsərlərdəndir. “Ziyarət” yolunda kimi görürük? Ömrün ekvator xəttinə çatmış, alim kimi şöhrətlənmiş, müasirləri arasında sağlam, mənəvi ölçüləri ilə tanınan bir ziyalı, incə, kövrək qəlbli bir şair yaşına görə çox erkən eynək taxmış, yurd həsrətlisi uşaqlığında və yeniyetməliyində, uzaqda – Vətənin qıraqda qalan yerlərində onu çağıran xatirələrin arxasınca ata ocağına dönür. Bütün hadisələrin mahiyyəti də elə bu dönüşlə bağlıdır. O, kimi görür, kimləri yada salır, həmin uşaqlıqda və yeniyetməlikdə qalmış cığırları axtarmaq istəyir. Onun yaddaşını hansı “ti- kanlar qanadır”, o, hansı hisslərin təsiri ilə könül dünyasındakı kövrək hisslərin əsirinə çevrilir?
Məlumdur ki, “Ziyarət”də insan özünü ruhi-mənəvi aləmdə hiss edir. Demək olar ki, müəyyən mənada, gerçəklikdən təcrid olunur. Özünə qapan- ma, hətta yaşını unutma, həmin yerlərdəki yaşın çağlarına qayıtma burada əsas şərtdir. Həmin o erkən yaşlarından dünya işığını ona qaytaran şəffaf ey- nəyinin arxasından boylanan gənc – əslində, eynəkli adam – o adam ki, indi ki- fayət qədər ömür yolu keçmiş, həyatın ağırlıqlarını çiyinlərində duyan bir zi- yalı özü yurd atasına çevrilib. Amma bu yerə, bir yurda bir uşaq kimi qayıdır.
Elə öz-özünə pıçıltılarla danışır. Və danışa-danışa özünün ata ocağına qayıtma hissinə görə məmnunluğunu da bildirir. Bəli, o, şükranlıq içindədir. Çünki “doğulduğu, boy atdığı /gecələrlə sevdalaşıb/, səhərləri oyatdığı” ye- rə qayıdıb. “Şükür, gəldik kəndimizə” lirik lövhə həmin qayıdışın ilk ad- dım səslərini kövrək misralarla çatdırır:
Doğulduğum, boy atdığım, Gecələrlə sevdalaşıb
Səhərləri oyatdığım,
Doğma eldə, obadayam. Qəribədir, köhnə adam… Sanki əski zamanları,
Açılmayan dumanları
Yarıb gəlmiş səs-sədayam, Gəzəyən ruhlara tayam.
Doğrudur, xatirələrlə Yaddaş Sahibinin arxasında az qala qırx illik bir məsafə var. Elə ona görə də özünü “köhnə adam” adlandırır Yaddaş Sahibi. Və sanki ən qədim zamanları, sıx-sıx dumanlıqları yarıb gəlib – təsəvvürün- dədir. Və o, həmin anlarda özünü sanki cismən hiss eləmir. Xəyal quşu ki- mi, can quşu kimi, başqa sözlə, ruh kimi səsə, sədaya çevrilib özünün azad- lıq qanadları ilə yaddaşın göstərdiyi hər yerdə və hər zaman olmaq qüdrətin- dədir. Hər yerdə və hər zaman mövcud olmaq gücü mifoloji, mənəvi düşün- cədə tanrılara xas keyfiyyətdir. Amma ruhların da belə bir haqqı var. Və bu mənada, həmin köhnə adamın özünü gəzəyən ruhların biri kimi duyması bizə qəribə gəlməməlidir.
“Ziyarət”in başlanğıcında bir ozanlıq mahiyyəti də duyulur. Uşaqlığını, gəncliyini bir yuxu kimi xatırlayan Yaddaş Sahibi asta-asta könül sazını çal- maqdadır. Yaddaşın titrək barmaqları mizrabı simlər üstündə gəzdirir. Ta- zanə simlərə dəydikcə həzin səslər eşidilir. Bu, köhnə havadır, bəlkə də, çoxları unudub, bəlkə də, onun tay-tuşları bu geniş dünyanın müxtəlif tərəf- lərinə səpələnib. Bu havanı unutmasalar da bəlkə, heç ziyarətə gəlmək im- kanları yoxdur. Onsuz da ziyarət arzulayanların hamısı öz ziyarətlərini ger- çəkləşdirə bilmir ki:
Dindirərəm pərdə-pərdə,
Ötən günün havasını.
Həzin-həzin nəğmələrdə
Tapdım ruhun sevdasını.
Və bu həzin sədalar altında Yaddaş Sahibi axtardığı ruhun sevdasına qovuşur. Amma asanlıqla yox, həzin-həzin nəğmələri oxumaqla, özünün ecazkar, qeyri-adi sədaqətini təsdiq etməklə və bu sədaqətin təsiri altında həmin sevdanın vüsalına çata bilir. İndi onun hakimi mənəvi aləminə hökm edən duyğularıdır. Bu hakimin sualına cavabında isə onun bircə sözü var: axı sevgi özü də bir ibadətdir:
Duyğu hakim oldu bizə, Sevgi özü ibadətdir.
Şükür, gəldik kəndimizə, Bu, nə gözəl ziyarətdir!
İndi o, fəxr edə bilər. Çünki bu müqəddəs ziyarətin müsafiri, bu gözəl ziyarətin ibadətçisi gəlib ziyarət yerinə çatıb. Bu ziyarət yeri onun doğul- duğu kənddir. Nə qədər əziz, nə qədər doğma, nə qədər kövrək bir aləmdir. Sanki özünü ərşi-əlada hiss edir, ayaqları yerə dəymir. Axı bayaq demişdik, o, özü elə bir ruhdur. Və artıq çoxdan bu gerçək dünyadan qopmuş və daha gerçək dünyanın və daha əbədi dünyanın sakini olan ruhların arasındadır.
Amma hər şey ona tanış gəlir. Elə bil ki, elə dünən çöldə, çəməndə qo- yub getdiyi gülləri görür. Göy otların arasında ona tanış gələn, yadından heç vaxt çıxmayan, ilk dəfə adını böyüklərin dilindən eşitdiyi cincilimin, əmə- köməcinin, quşəppəyinin, gülxətminin, çobanyastığının, yarpızın, dağnanə- sinin, sularda bitən acı qıcının… səhər mehi altında titrək çöhrələrinə baxır. Elə qoyub gəldiyi evlərin də damı-divarı ona yad deyil. Bir sözlə, burada hər nə varsa, oddan tüstüyəcən ona doğmadır:
Güllər tanış, qoxu tanış, Göy otların çoxu tanış. Ocaq tanış, tüstü tanış Kəndin altı, üstü tanış…
Bu altı-üstü tanış olan, onu doğmalıqla qucağına çəkib saçlarına əl çə- kən, qabarıq eynəyinə ehtiyatla əlini toxunduran duyğular Yaddaş Sahibini əzizləyir. Amma yenə onu fikirli görür, amma yenə onu qayğılı görür. Və elə Yaddaş Sahibi yəqin ki, bu duyğuların təsiri altında özünə suallar verir:
Bəs nədən qərib kimiyəm, Yenə yol çəkir gözlərim? Niyə belə kədərliyəm,
Pərişandır nəğmələrim?
Həzin nəğmələr isə ozanın – Yaddaş Sahibinin dilindən çağlamaqdadır. Onun yaddaşı düşüncələrini bir axara yığa bilmir, çox dağınıqdır. Axı bir- dən-birə o, sel kimi axıb gələn xatirələrin arasına düşür. İndi onları bir-bir sapa düzməlidir. Ümumiyyətlə, epos xalqın yaddaşında minillərlə yaşayan tarixi-mənəvi sərvətin müəyyən ahəngə, məntiqi ardıcıllıqla düzülüşüdür. Və ozan da əslində, xalqın əvəzindən o nəğmələri oxuyur. Sanki xalq öz yaddaşının ahəngini ozana vermiş olur.
Ədəbiyyat:
Hamlet İsaxanlı. ” Ziyarət”. Xəzər Universitəsi nəşriyyatı. Bakı, 2009