2023-cü il noyabrın 27-də Xəzər Universitetinin Mərmər zalında Mehmet Akif Ersoy`un anadan olmasının 150 illiyinə həsr olunmuş elmi konfransın açılışı olub. TİKA (Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY (Uluslarararası Tütk Mədəniyyəti Təşkilatı) və Xəzər Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda şəhidlərin xatirəsi sükutla yad edildi. Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin himnləri ifa olundu, “Çırpınırdı Qara dəniz” mahnısı videoformatda təqdim edildi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı, Türkiyə Yazarlar Birliyinin sədri, Ankara Sosial Elmlər Universitetinin rektoru Prof.Dr. Musa Kazım Arican, Milli Məclisin deputatı Fazil Mustafa, Xəzər Universitetinin rektoru Dos. İradə Xəlilova, TÜRKSOY Baş katibliyindən Cavid Mövsümlü, TİKA koordinatoru Fatih Yılmaz açılış nitqləri ilə çıxış etdilər. Çıxışlarda Mehmet Akif Ersoy`un Türk xalqının milli mübarizəsinin mənəvi cəbhəsinin gücləndirilməsində böyük rolu, yazdığı “İstiqlal marşı”nın Türkiyə Böyük Millət Məclisi tərəfindən Türkiyənin Milli Himni kimi qəbil edildiyi, millət vəkili kimi fəaliyyəti qeyd olundu.
Türkiyənin Yazarlar Birliyindən Mehmet Doğanın “Dövrünü aşan böyük şair, fikir və mübarizə adamı” adlı məruzəsinin dinlənilməsi ilə konfrans bugünkü işini başa çatdırdı.
Sonda Prof.Dr. Musa Kazım Arican Prof.Akad, Hamlet İsaxanlı, Fazil Mustafa, İradə Xəlilova və Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyliyə hədiyyə təqdim etdi.
Konfrans noyabrın 28-də işini davam etdirəcək.