2023-cü il noyabrın 23-də Xəzər Universitetində Bakı Seconq İnstitutunun nümayəndələri ilə görüş keçirilmişdir.
Görüşdə Bakı Seconq İnstitutu Komitəsinin üzvü Kim Dong-hyun, institutun direktor müavini Sang Jeong Lee, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı, universitetin rektoru Dos. İradə Xəlillova, Tədris işləri üzrə prorektor Prof. Məhəmməd Nuriyev, Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fatimə Vəliyeva iştirak etmişlər.
Görüşdə hər iki tərəf fəaliyyətləri barədə qısa məlumat vermiş, gələcək əməkdaşlıq imkanları müzakirə olunmuşdur.
Görüş rektorun qonaqlara Xəzər Universiteti adından hədiyyə təqdim etməsi ilə yekunlaşmışdır.