İyulun 18-də Təhsil naziri cənab Ceyhun Bayramovun xarici işlər naziri təyin edilməsi ilə bağlı online görüş-vidalaşma mərasimi oldu.
Görüşdə Hamlet İsaxanlı da çıxış etdi. O, təhsil sistemində görülmüş işləri yada saldı və Azərbaycan təhsil sisteminin qənaətbəxş inkişafda olduğunu söylədi. Lakin, xarci siyasətimizdə, xüsusilə Qarabağ probleminin həlli istiqamətində mühüm problemlərin olduğunu və Ceyhun Bayramovun yeni xarici işlər nazir təyin olunmasının bu yolda uğurlar gətirəcəyinə inamını ifadə etdi.
Hamlet İsaxanlı ali təhsil ocaqlarının, o cümlədən, Xəzər Universitetinin ölkəmizin inkişafında, həmçinin siyasi elmlər, beynəlxalq münasibətlər, reqionşünaslıq kimi sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər yetişdirməklə xarici siyasət sahəsinə töhfə verdiklərini qeyd etdi. O, bu işin daha da irəli aparılmasının vacibliyini vurğuladı.
Hamlet İsaxanlı uzun illər təhsil naziri kimi cənab Ceyhun Bayramovun Xəzər Universitetinin inkişafı ilə bağlı məsələlərə diqqətlə yanaşdığını yada saldı, nazirə təşəkkür etdi və yeni işində uğurlar arzuladı.