2019-cu il fevralın 1-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Azərbaycan-Türkiyə İş Adamları Birliyinin Başqanı (ATİB) Cemal Yanqın, İdarə Heyətinin üzvləri Rauf Qarayev, Xəyal Rəhimov və Birliyin Baş Katibi Pərvanə Hacıyeva ilə görüşdü. Görüş zamanı H.İsaxanlı qonaqlara Xəzər Universiteti, Avrasiya Akademiyası və digər qurumlar haqqında geniş məlumat verdi. ATİB Başqanı C.Yanqın xoş qəbul üçün H.İsaxanlıya təşəkkür etdi və yaxın zamanlarda ikitərəfli əməkdaşlıq memorandumunun imzalanacağına əmin olduğunu bildirdi. Görüşdə universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli də iştirak edirdi.