[:az]2018-ci il yanvarın 19-da Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs Hacettepe Universitetin rektoru Prof. Halik Özen və prorektor Prof. Burcin Sener ilə görüşüb.

Görüş zamanı universitetlər arasında müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. Müzakirələrin əsas mövzusu isə Biologiya elmləri sahəsində birgə tədqiqatların (doktorantura səviyyəsində) aparılması olub. Bu istiqamətdə əməkdaşlıq imkanlarını ətraflı surətdə müzakirə etmək məqsədilə Xəzər Universitetinin Biologiya Elmləri üzrə professor və doktorant tələbələrdən ibarət heyəti fevral ayının əvvəlində Hacettepe Universitetinə səfər edəcək.

http://www.khazar.org/az/news/article/2871[:en]On Jan 19, 2018 the Rector of Khazar University, Dr. Hassan Niknafs met with the Rector of Hacettepe University, Prof. Dr. Haluk Ozen and the vice-Rector, Prof. Dr. Burcin Sener.

Several mutual collaborations in between the two universities were discussed, but the main topic was concentrated on the possibility of initiating a joint research work in the fields of Biological Sciences (PhD level). A delegation from Khazar University who are professors or studying PhD in the field of Biological Sciences will be visiting Hacettepe University in early February to discuss the details of such collaboration.

http://www.khazar.org/en/news/article/2871[:]