[:az]2018-ci il yanvarın 31-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı NİZAMİ layihəsi (“Azərbaycanda doktorantura təhsilinin yenidən qurulması və inkişaf etdirilməsi”) çərçivəsində Fransanın Montpellier Universitetinin nümayəndələri – layihənin koordinatoru Dr. Véronique Barragan-Montero və layihənin meneceri Dr. Aude Berthier-lə görüşmüşdür. Görüşdə Xəzər Universitetinin Elmi işlər üzrə prorektoru dos. İradə Xəlilova və Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri Dr. Eldar Şahgəldiyev iştirak etmişlər.

İştirakçılar Azərbaycanda Nizami layihəsi ilə bağlı həyata keçirilən tədbirlər, eləcə də Xəzər Universiteti və Montpellier Universiteti arasında gələcək əməkdaşlığın maraq doğuran cəhətlərini müzakirə etmişlər.

Qonaqlar Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs ilə də görüşmüşlər.

http://www.khazar.org/az/news/article/2874

[:en]On January 31, 2018, Prof. Hamlet Isakhanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, met Dr. Véronique Barragan-Montero and Dr. Aude Berthier (project manager), representatives of the University of Montpellier in France, within NIZAMI project (“Restructuring and Development of Doctoral Studies in Azerbaijan in line with Requirements of Higher Education Area.”). Associate Professor Irada Khalilova, Vice-rector on Research of Khazar University, and Dr. Eldar Shahgaldiyev, Head of Division of Ph.D. and Research, also participated in the meeting.

The participants discussed activities carried out within Nizami project in Azerbaijan as well as future cooperation between Khazar University and Montpellier University.

Representatives of the University of Montpellier also met Dr. Hassan Niknafs, Rector of Khazar University.

http://www.khazar.org/en/news/article/2874

[:]