2024-cü il martın 19-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı və universitetin rektoru Dos. İradə Xəlilovanın Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədovla görüşü keçirilib.

Görüş zamanı ilk növbədə Xəzər Universiteti ilə gələcək əməkdaşlığın istiqamətləri, Akkreditasiya Komissiyası tərəfindən verilmiş tövsiyələrin icrası və digər məsələlər müzakirə olunmuşdur.

Sonda isə Xəzər Universitetinə 2023-2028-ci illəri əhatə edən Akkreditasiya sertifikatı təqdim olunmuşdur.

khazar.org