2024-cü il martın 18-də Azedu Azərbaycan təhsil portalı “Tarixdə bu gün” rubrikası ilə hər günün əhəmiyyətli hadisələri sırasında Xəzər Universitetinin də yarandığını təqdim etmişdir:

“18 mart 1991-ci ildə Xəzər Universiteti təsis edilib: Azərbaycanda rəsmi fəaliyyətə başlamış ilk özəl ali məktəbdir. Xəzər Universiteti Fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı tərəfindən təsis olunmuşdur.

Qeyd edək ki, biologiya elmləri üzrə fəlsəfə doktoru, Dos. İradə Xəlilova Xəzər Universitetinin rektorudur.”

khazar.org