2024-cü il aprelin 6-da  şəhərdəki restoranların birində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Prof. Akad. Hamlet İsaxanlının təşəbbüsü ilə universitetin oruc tutan əməkdaşları, yataqxanada yaşayan yerli və xarici tələbələr üçün iftar süfrəsi açıldı. İftar yeməyinə universitetin rektoru, dekanlar və digər rəhbər şəxslər qatıldı. Süfrə ətrafında iftar açanlar tərəfindən universitet rəhbərliyinə təşəkkür edildi.   

khazar.org