2024-cü il  martın 6-da  Xəzər Universitetinin Təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri  Prof. Akad.Hamlet İsaxanlı Niderlandın Amsterdam şəhərində  fəaliyyət göstərən, dünyanın aparıcı elmi nəşriyyatı və məlumat analitikası şirkəti sayılan “Elsevier”in rəhbər  heyəti ilə görüşüb. Görüşdə Xəzər Universitetinin  rektoru  Dos. İradə Xəlilova,  “Elsevier”in Türkiyə və Orta Asiya ölkələri üzrə mühasibi Ayhan Akanay Saracoğlu, eləcə də  Informascope-un idarəedici direktoru Kıvanç Çınar, həmçinin  araşdırma analizi və dəstəyi meneceri Saide Sak iştirak ediblər. Görüş çərçivəsində SciVal və Digital Commons proqramları haqqında ətraflı məlumatlar  verilib,  müzakirələr aparılıb.

 

khazar.org