ATİB 

AZƏRBAYCAN TÜRKİYƏ İŞ ADAMLARI BİRLİYİ
AZERBAİJAN TÜRKİYE BUSİNESS ASSOSİATİON

 

QARABAĞ AZƏRBAYCANDIR!

 

“Xəzər” Universiteti rektoru,
fizika-riyaziyyat elmləri doktoru, professor
cənab Hamlet İsaxanlıya

Hörmətli Hamlet müəllim,

Sizi 1 mart ad gününüz münasibətilə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) və şəxsən öz adımdan təbrik edir, uzun ömür, ailə səadəti və can sağlığı  arzulayır, işlərinizdə müvəffəqiyyətlər  diləyirəm.

Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) ilə Sizin  aranızda ənənəvi əməkdaşlıq, dostluq ənənələri mövcuddur. Şübhəsiz, bu əməkdaşlığın inkişafında  Sizin uğurlu fəaliyyətinizin böyük rolu var.

Bir ömrün yaşanmasının əsas məqsədi olan insanlığa və ölkəyə xidmət edərək qədəm basdığınız  bu yaşınızı bir daha ürəkdən təbrik edir, Sizə can sağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram.

 

Dərin hörmət hissi ilə

Mürsəl Rüstəmov
İdarə Heyətinin sədri

 

29 fevral 2024-cü il

khazar.org