[:az]2018-ci il aprelin 20-də Xəzər Universitetində universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının yubileyinə həsr olunan “Qloballaşan təhsil” adlı beynəlxalq simpozium işə başladı.
Simpoziumda Azərbaycan, Türkiyə, Macarıstan, Finlandiya, Albaniya, Avstriya və Bolqarıstandan olan alim və mütəxəssislər iştirak edirlər. İki gün ərzində 8 sessiyada onların məruzələri dinlənilib, müzakirə olunacaq.
Konfransdan əvvəl iştirakçılara Xəzər Universiteti Kamera orkestrinin ifasında qısa musiqi proqramı təqdim olundu.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı konfransı açaraq, iştirakçıları salamladı, konfransın əhəmiyyətindən danışdı və işinə uğurlar arzuladı.
Açılış mərasimində Nyu-York Tirana Universitetinin (Albaniya) rektoru professor Fatoş Tarifa, Çankaya Universitetinin (Türkiyə) professoru Buket Akkoyunlu çıxış etdilər.
Konfrans aprelin 21-də işini davam etdirib, başa çatacaq.
http://www.khazar.org/az/news/article/3118
[:en]On April 20, 2018, I International Symposium on Global Education, dedicated to Prof. Hamlet Isakhanli’s, the founder of Khazar University, and Chairman of its Board of Directors and Trustees, anniversary started at Khazar University.
Scientists and experts from Azerbaijan, Turkey, Hungary, Finland, Albania, Austria and Bulgaria are participating in the symposium. They will deliver speeches and reports in 8 sessions during two days.
Before the opening of the conference, Khazar University Camera Orchestra performed a short program of pieces of music.
Prof. Hamlet Isakhanli, the founder of Khazar University, and Chairman of its Board of Directors and Trustees opened the conference and greeted the participants. Moreover, he stressed the importance of the conference and wished the conference success.
Prof. Fatos Tarifa, Rector of the University of New York Tirana (Albania), and Prof. Buket Akkoyunlu from Çankaya University (Turkey) delivered speeches at the opening ceremony.
The conference will continue until April 21, 2018.
http://www.khazar.org/en/news/article/3118
[:]