[:az]2018-ci il aprelin 20-də Xəzər Universitetinin Mərkəz kampusundakı “Dünya” konsert salonunda universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının yubileyinə həsr olunmuş “Xəzər”in sorağında” adlı ədəbi-bədii tədbir keçirildi.

Tədbirdə universitetin rəhbərliyi və əməkdaları, tələbələr, həmin gün Xəzər Universitetində açılışı olmuş “Qloballaşan təhsil” adlı beynəlxalq simpoziuma gəlmiş yerli və xarici mütəxəssislər iştirak edirdilər.

İştirakçılara AzTV-nin əməkdaşı Faizə Mehdiyevanın rejissorluğu ilə hazırlanmış Aparıcı – Film-monoloq – Səhnə tamaşası – Musiqi komponentlərindən ibarət çoxplanlı və maraqlı ədəbi-bədii kompozisiya təqdim olundu. Aparıcı İctimai TV-nin aparıcısı Məhəmməd Əli idi.

Kompozisiya Hamlet İsaxanlının həyatı haqqında qısa məlumatla başlayaraq, əsasən onun Xəzər Universitetini qurmaq yolunda respublikanın Nazirlər Kabineti ilə apardığı gərgin danışıqları və bunun Baş nazir Həsən Həsənovun universitetin təsisinə icazə verən tarixi imzası ilə sona çatdığını əks etdirirdi. Tamaşada rolları Xəzər Universitetinin əməkdaşları Mail Yaqub (Həsən Həsənov) və Qoşqar Məhərrəmov (iqtisad elmləri doktoru Saleh Məmmədov), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Təbriz Əmrahlı (Nazirlər Kabineti nəzdində İqtisadiyyatın İdarə Edilməsi İnstitutunun rektoru Rəhim Rəhimov) və aktyor Nicat Əli (Hamlet İsaxanlı) ifa edirdilər.

Hamlet İsaxanlının sözlərinə yazılmış mahnıları Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim Zülfiyyə Sadıqovanın pianoda müşayiəti ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, Xəzər Universitetinin müəllimi Məhsəti Cabbarova (“Yadındamı”, bəstəkar Cavanşir Quliyev) və M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Fərid Əliyev (“Qədim sual”, bəstəkar Dilarə Qulamova), Xəzər Universitetinin himnini isə həmin müşayiətlə universitetin tələbələrindən ibarət xor kollektivi ifa etdilər.

Sonda səhnəyə dəvət olunan Hamlet İsaxanlını iştirakçılar alqışlarla qarşılayıb, yubileyi münasibətilə təbrik etdilər. H. İsaxanlı ədəbi-bədii tədbiri hazırlayanlara və iştirakçılara təşəkkürünü bildirdi.

http://www.khazar.org/az/news/article/3120

[:en]On April 20, 2018, a literary-artistic ceremony “In search of Khazar” dedicated to Prof. Hamlet Isakhanli’s, the founder of Khazar University, and Chairman of its Board of Directors and Trustees, anniversary was held in “Dunya” concert hall of the University.

University administration and students as well as participants of the symposium on “Global Education”, which was held at the University on the same day, participated in the ceremony.

A multifaceted and interesting composition consisted of a Presenter – Movie-monologue – Stage play – Pieces of Music, which was directed by Faiza Mehdiyeva, a staff member of AzTV channel, was demonstrated. The presenter of the ceremony was Mahammad Ali, a staff member of “Ictimai” Television.

The composition started with Hamlet Isakhanli’s short biography. The composition mainly dealt with intense negotiations between Hamlet Isakhanli and Cabinet of Ministers for the establishment of Khazar University and ended with historical signature by Hasan Hasanov, Prime Minister, which approved permission for the establishment of the University. The roles of the play were performed by Mail Yagub (Hasan Hasanov) and Goshgar Maharramov (Saleh Mammadov, PhD in Economics), Tabriz Amrahli, an actor of Azerbaijan State Theater of Young Spectators (Rahim Rahimov, Rector of Institute of Economic Management affiliated with Cabinet of Ministers) and Nijat Ali, actor (Hamlet Isakhanli).

Mashati Jabbarova, instructor of Khazar University and soloist of the Azerbaijan State Academic Philharmonic Hall named after Muslim Magomayev, performed a piece of music (“Do you remember”, composer Javanshir Guliyev) with lyrics by Hamlet Isakhanli, accompanied by Zulfiyya Sadigova, Head of Department of Music and Art of Khazar University. M.F.Akhundov, a soloist of Azerbaijan State Academic Opera and Ballet Theater, also performed a piece of music (“Ancient question”, composer Dilara Gulamova), with lyrics by Hamlet Isakhanli, with the same accompaniment. Moreover, a choral team consisting of students performed anthem of Khazar University with the same accompaniment.

At the end of the ceremony, Hamlet Isakhanli went on the stage under the applause of the audience. He warmly accepted birthday congratulations and expressed his gratitude for the ceremony.

http://www.khazar.org/en/news/article/3120

 [:]