[:az]2018-ci il aprelin 19-də Belçika Krallığının Fövqəladə və Səlahiyyətli səfiri zati-aliləri cənab Bert Schoofs Xəzər Univerisiteti Siyasi elm və beynəlxalq münasibətlər departamentinin dəvəti ilə universitetin qonağı oldu. Cənab səfir assistenti Sevil Qəhrəmanovanın müşayiətilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Xəzər Universitetinin rektoru Dr. Hassan Niknafs və Siyasi elm və beynəlxalq münasibətlər departamentinin koordinatoru Elmar Mustafayevlə görüşdü.
Görüşdə Xəzər Universitetinin tarixi, ixtisaslar, tədqiqat imkanları və universitetinin beynəlxalq əlaqələri haqqında məlumat verildi. Eyni zamanda, tələbə və kadr mübadiləsi üzrə qarşılıqlı əməkdaşlıq imkanları, Xəzər Universiteti ilə Belçika ali təhsil müəssisələri arasında ikitərəfli proqramların hazırlanması və birgə tədqiqatların aparılması müzakirə olundu.
Öz növbəsində, cənab Schoofs Belçika ali təhsil müəssisələri ilə Xəzər Universiteti arasındakı münasibətlərin qurulmasında məmnuniyyətlə iştirak etməyə hazır olduğunu bildirdi. Səfir Siyasi elm və beynəlxalq münasibətlər departamentinin tələbələri üçün xüsusi seminar təqdim etmək üçün edilən dəvəti müsbət qiymətləndirdi.
http://www.khazar.org/az/news/article/3119
[:en]On April 19, 2018, H. E. Mr. Bert Schoofs, Extraordinary and Plenipotentiary Ambassador of the Kingdom of Belgium paid a visit to Khazar University on the invitation of the Department of Political Science and International Relations. Accompanied by Sevil Gahramanova, Ambassador’s assistant, H.E. Mr. Bert Schoofs met with Prof. Hamlet Isakhanli, the founder of Khazar University, and Chairman of its Board of Directors and Trustees, Dr. Hassan Niknafs, Rector of Khazar University, and Elmar Mustafayev, Coordinator of the Department of Political Science and International Relations.
During the meeting, the Ambassador was informed on the historical background of the University as well as education and research opportunities and international relations of the University. Moreover, meeting participants discussed opportunities for student and teacher exchange, cooperation as well as bilateral programs and research activities with universities of Belgium.
H.E. Mr. Bert Schoofs expressed his eagerness to support the collaboration between Khazar University and the universities of Belgium. In addition, Ambassador was happy with the invitation for conducting a special seminar for the students of the Department of Political Science and International Relations.
http://www.khazar.org/en/news/article/3119
[:]