Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı martın 16-20-də Mərakeşdə səfərdə olmuşdur. O, Mərakeş kralı 6-cı Məhəmmədin yüksək himayəsi altında keçirilmiş “Crans Montana Forumu”nda iştirak etmişdir. H. İsaxanlı foruma Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfiri Mohamed Adil Embarch`ın təşəbbüsü ilə dəvət olunmuşdu.

Nəzərdə tutulduğu kimi,forumun birinci hissəsi (16-18 mart) Mərakeşin cənubunda, Qərbi Səhra adlanan yerin Daxla (Dakhla) şəhərində, ikinci hissəsi isə (19-20 mart) Atlantik okeanı boyu  Daxla`dan Casablanca şəhərinə doğru üzən “Rapsody” gəmisində (12 mərtəbəli İtaliya gəmisi) keçirilmişdir.

Təqribən 130 ölkədən min nəfərdən artıq şəxsin iştirak etdiyi bu forumda bir sıra ölkə rəhbərləri, xüsusilə Afrikanın siyasi elitası, elm və sənət adamları təmsil olunmuşdu. Forumda, bu və ya digər dərəcədə Afrikanın problemləri və inkişafı ilə bağlı mövzular – qlobal siyasət, Afrikanın inkişafında Mərakeşin rolu, iqtisadiyyat, təhsil, ətraf mühit, enerji, gənclik, işsizlik, davamlı inkişaf və s. məsələlər  müzakirə edilmişdir. On March 16-20, 2017, Professor Hamlet Isaxanli, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, visited Morocco to attend the Crans Montana Forum organized under the High Patronage of His Majesty King Mohammad VI, King of Morocco. Prof. Isaxanli’s invitation to the forum was initiated by Mohamed Adil Embarch, Ambassador of Morocco to Azerbaijan.

The conference took place in two phases: between March 16 and 18, in Dakhla, a city in the Western Sahara Coast of Morocco, and on board of a ship (Rhapsody) from March 19 to 21.

The forum brought together more than one thousand representatives from 130 countries, including the elite of Africa and people of arts and science. The forum highlighted the challenges of African integration and the role of Morocco in the development of Africa. Their discussion also focused on economics, education, environment, energy, youth, unemployment, sustainable development, and so on.