2017-ci il martın 22-dən 24-dək İstanbul şəhərində yerləşən Lütfi Kırdar Beynəlxalq Konqres Mərkəzində (İCEC) EURİE-2017 Təhsil Sammitinin rəsmi açılışı oldu. Sammiti giriş sözü ilə Avrasiya Universitetlər Birliyinin prezidenti Dr. Mustafa Aydın açdı. M.Aydın dünyanın 4 qitəsindən 53 dövləti təmsil edən 200-dən artıq universitet  nümayəndələrini, Türkiyə Respublikasının Təhsil nazirini, YÖK başqanını, millət vəkillərini, valiləri, bələdiyyə başqanlarını və salona toplaşan bütün qonaqları salamlayaraq, EURİE-2017 Təhsil Sammitinin əhəmiyyətindən danışdı. Sammitin rəsmi açılışında Türkiyə Respublikasinin Təhsil naziri İsmet Yılmaz, Türkiyə Respublikasının Mədəniyyət və Turizm naziri Nabi Avcı, Türkiyə Yüksek Öğretim Kurumunun başqan vəkili, professor Hasan Mandal və digər rəsmi şəxslər çıxış etdilər.

Sammitdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, Beynəlxalq Əlaqələr Ofisinin direktoru Turan Cəfərova və Xəzər Universitetinin məzunu hazırda İstanbul Aydın Universitetində magistr təhsili alan Nərmin Nurullayevaiştirak edirdilər.

Sammitdə Professor İsaxanli “Təhsil və universitetlərin fəaliyyətində qalanılmış uğurlar və qarşıda duran problemlər” haqqında iki dəfə çıxış etdi.

EURIE Sammiti universitet nümayəndələri və ali təhsil peşəkarları üçün görüş yeridir.

Hər il baş tutan bu sammitə sərgi və konfranslar daxildir. Bu isə sammit iştirakçılarına bir-birini tanımağa, öz biliklərini, imkanlarını artırmaqa imkan verir.

EURIE-2017 Sammitində Əfqanıstan, Azərbaycan, Türkiyə, Fransa, Almaniya, Yunanıstan, İtaliya, İran, Qazaxıstan, Makedoniya, Portuqaliya, Rumıniya, İspaniya, Böyük Britaniya, ABŞ və başqa dövlətlərin bir çox qabaqcıl universitetləri bir araya gəldi.

Sammitin birinci günündə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Avrasiya Universitələr Birliyinin Baş Assambleyasının qapalı toplantısında çıxış etdi.

3 gün davam edən EURIE-2017 Sammitinin proqramına panel sessiyaları, dəyirmi masalar, tanınmış təhsil nümayəndələri ilə görüşlər, tematik seminarlar, eləcə də təhsil sərgisi daxil idi. Xəzər Universitetinin nümayəndə heyəti təhsil sərgisində və digər tədbirlərdə fəal iştirak etdilər. Sammitdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya xüsusi təşəkkür elan edildi. Sammitin ikinci günü axşam sammitdə iştirak edən bütün qonaqların şərəfinə Bosfor boğazında Qala yeməyi verildi.

Sammitin keçirildiyi ərəfədə İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli TRT-nin İstanbul Müdürlüyünün rəhbəri Abdulhamit Avşarla görüşdü.

Sammitin sonunda xatirə şəkilləri çəkildi.

On March 22-24, 2017, representatives of Khazar University participated in Eurasia Higher Education Summit (EURIE) organized by the Eurasian Universities Association (EURAS) in Istanbul, Turkey at Lütfi Kırdar International Convention Center (ICEC).

EURIE is a meeting point for representatives of universities and higher education professionals. The annual summit features an exhibition and a conference that allows participants to expand their knowledge, networks and collaboration opportunities.

Khazar University was represented by the Founder and the Chairman of its Board of Directors and Trustees, Prof. Hamlet Isakhanli, Director of Media and PR Office Mr. Alovsat Amirbayli, Director of International Affairs Office Ms. Turan Jafarova, and Khazar University graduate and master’s student of Istanbul Aydin University Narmin Nurulluyeva.

Prof. Hamlet Isaxanli made two speeches on “Education and Universities: Achievements and Challenges” at the event.

EURIE 2017 Summit brought together leading universities from 53 countries, including Afghanistan, Azerbaijan, France, Germany, Greece, Italy, Iran, Kazakhstan, Macedonia, Portugal, Romania, Spain, Turkey, UK, USA, and others.

The program of the EURIE 2017 Summit included panel sessions, roundtable discussions, seminars by prominent speakers, thematic workshops as well as an education exhibition. The delegation from Khazar University participated in both the education exhibition and other summit events.