EURAS-ın başqanı “Xəzər”də oldu Head of EURAS Visits Khazar

2015/08/13

2015-ci il avqustun 3-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı İstanbul Aydın Universitəsinin təsisçisi, EURAS-in başqanı Mustafa Aydını, başqanın müşaviri İrem Armanı və Xarici əlaqələr şöbəsinin müdiri Selman Arslanbaşı qəbul etdi. Görüş zamanı hər iki tərəfi maraqlandıran məsələlər müzakirə edildi. Səmimi keçən görüşdə Mustafa Aydın Hamlet İsaxanlıya Aydın Universitəsinin hədiyyəsini təqdim etdi.

Sonra qonaqların şərəfinə ziyafət verildi. Görüşdə universitetin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli iştirak etdi.

 

On August 3, 2015, Prof. Hamlet Isaxanli, Founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, hosted Mustafa Aydin, the founder of Istanbul Aydin University and head of EURAS, as well as his advisor, Irem Armani, and the head of Foreign Affairs, Selman Arslanbasi. They discussed issues of mutual interest during the meeting, at which Mustafa Aydin also gave Prof. Isaxanli a gift from Aydin University. Then a banquet was served in honor of the guests. Alovsat Amirbeyli, Director of Public Relations and Media at Khazar University, also participated in the meeting.