Puerto-Riko Universitetinin professoru “Xəzər”də mühazirə oxumuşdur Professor of the University of Puerto Rico Delivered a Lecture at Khazar University
2015-ci il iyulun 27-də Amerika Birləşmiş Ştatları Puerto-Riko Universitetinin Tibb fakültəsinin professoru Səbzəli Cavadov Xəzər Universitetində olmuşdur. O, son illərdə apardığı elmi araşdırmalar və əldə etdiyi nailiyyətlər haqqında geniş məlumat verəndən sonra “Mitoxondri: streslə əlaqəsi və kardioloji mühafizənin hədəfi” mövzusunda mühazirə oxumuşdur. Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, universitetin biologiya elmləri departamentinin müdiri, fəlsəfə doktoru İradə Xəlilova, departamentin müəllimi, fəlsəfə doktoru Səadət Xudaverdiyeva, doktorantı Pərvanə Baxşəliyeva və tələbələr, Yaponiyanın məşhur “Takeda”dərman şirkətinin Bakıdakı əməkdaşları iştirak etmişlər.
Mühazirəni dinləmək üçün Azərbaycan Tibb Universitetinin Biokimya və Tibbi biologiya və Mikrobiologiya kafedralarından, Bakı Dövlət Universitetinin Biokimya kafedrasından gənc alimlər də dəvət olunmuşdular. Mühazirədən sonra geniş elmi müzakirələr aparılmışdır.
The young scholars from Biochemistry, Medical Biology and Microbiology departments, of the Azerbaijan Medical University, Biochemistry department of Baku State University were invited to the lecture. After extensive scientific lecture discussion was held.


