“İslam mədəniyyətində elm və texnologiya” mövzusunda beynəlxalq simpozium öz işinə başladı International Symposium on “Science and Technology in Islamic Civilization” Begins
Fevralın 21-də Xəzər Universitetində IRCICA (Research Center for Islamic Art, Science and History) qurumunun birgə təşkilatçılığı ilə “İslam mədəniyyətində elm və texnologiya” adlı beynəlxalq simpozium öz işinə başladı. Simpoziumun açılış proqramında Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı iştirakçıları salamladıqdan sonra elm tarixinin əhəmiyyəti və İslam mədəniyyətinin elm tarixindəki rolunun əhəmiyyəti haqqında danışdı. Sonra IRCICA-nın direktoru, fəlsəfə doktoru Halit Eren qurumun İslam mədəniyyətinin müxtəlif aspektlərinin tədqiqinə həsr olunmuş rolu haqqında danışaraq, simpoziumun bu fəaliyyətlərə öz töhfəsini verəcəyini bildirdi.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri İsmail Alper Coşkun Xəzər Universitetinin elmin inkişafına dəstəklə əlaqəli təşkil etdiyi müxtəlif maraqlı tədbirlər arasında İslam mədəniyyətində elm mövzusuna həsr olunmuş bu simpoziumun böyük əhəmiyyət daşıdığını qeyd etdi. Akademik Vasim Məmmədəliyev İslam mədəniyyətinin dünya mədəniyyəti tarixinə töhfələri haqqında danışaraq, ölkəmizdə daha az bilinən bu sahənin aydınlanmasına həsr olunmuş simpoziumun işinə uğurlar arzuladı.
Xəzər Universiteti İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva Xəzər Universiteti haqqında təqdimatla çıxış etdi. H. Eren H. İsaxanlıya IRCICA qurumu adından hədiyyə təqdim etdikdən sonra universitetin İncəsənət departmentinin müdiri Zülfiyyə Sadıqovanın rəhbərliyi ilə universitetin tələbə və əməkdaşlarının hazırladığı konsert proqramı təqdim olundu.
Simpozimun açılış hissəsindən sonra Xəzər Universitetinin prorektoru, fəlsəfə doktoru Fərda Əsədovun moderatorluğunda simpoziumun birinci plenar iclası başladı. İclasda H. İsaxanlı “İslam dövrü əlkimyası Misir-Yunan-Roma-Çin əlkimyası ilə Avropa kimyası Arasında, professor Fərid Ələkbərli “Vatikan Apostol Kitabxanasında orta əsr Azərbaycan müəlliflərinin elmi əsərləri, professor Mustafa Demirci (Türkiyə) “İslâm dünyasında zehniyyət ve elmi inqilabın inkişaf mərhələləri” və professor Mustafa Sabri Küçükaşçı (Türkiyə) “Məhəmməd bin Əhməd əl-Xarəzmi ve Mefâtîhu’l-Ulûm adlı əsəri” mövzusunda məruzə etdilər.
Nahar fasiləsindən sonra professor Qadir Khurramın (Pakistan) moderatorluğunda professor Cevher Şululun “İslam elmləri və Qərbə təsirləri” (Türkiyə), Arshad İslamın (Malayziya) “Son dövr Abbasilərdə İslam elmləri (945-1258)”, Xəzər universitetinin müəllimi, fəlsəfə doktoru Zivər Hüseynlinin “Səfəvilər dövründə münəccimlik və münəccimlər”, fəlsəfə doktoru Ahmed Abdullahın (Misir) “Misir milli kitabxanasında təbiət elmlərinə dair türkcə əlyazmalar” mövzusunda məruzələri təqdim olundu.
Simpoziumun birinci gününün sonuncu iclasında isə Xəzər Universitetinin Mühəndislik və Tətbiqi Elmlər Fakültəsinin dekanı, professor Hassan Niknafsın moderatorluğunda fəlsəfə doktoru Nusratolla Zakirovun (Tacikistan) “Orta əsrlər müsəlman elm adamlarının dünya mədəniyyətinin inkişafına töhfələri”, fəlsəfə doktorları Bilal Dədəyev və Süleyman Sarıbaşın (Türkiyə) “Marağa rəsədxanasında təhsil və elm”, professor Mehmet Rıhtım və fəlsəfə doktoru Yaqub Əliyevin “Nəsirəddin Tusinin həndəsəyə dair iki əsəri və bunların Fateh Sultan Mehmedin kolleksiyasinda saxlanilan əlyazmalari” mövzusunda məruzələri dinlənildi.
Azərbaycanın müxtəlif ali təhsil qurumlarından çoxlu elm adamının və tələbələrin də iştirakı ilə hər plenar iclasın sonunda məruzələrlə əlaqəli sual-cavab və fikir mübadiləsi aparıldı. Maraqlı müzakirələr simpoziumun birinci gününün sonunda qonaqların dəvət olunduğu şam yeməyi ətrafında da davam etdi. On February 21st, the International Symposium on “Science and Technology in Islamic Civilization” which was jointly coordinated by Khazar University and IRCICA (Research Center for Islamic Art, Science and History) began at Khazar. During the opening ceremony of the symposium, Prof. Hamlet Isaxanli, Founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, gave a speech to welcome all the participants and share brief information about the significance of the history of science and its role in Islamic civilization. Then Prof. Halit Eren, Director of IRCICA, spoke about the role of the institution, which is dedicated to researching various aspects of Islamic culture. He stated that the symposium would also make its own contribution of these activities.
His Excellency Ismail Alper Coskun, Ambassador of the Republic of Turkey to Azerbaijan, noted that among all the interesting events organized in support of the development of scholarship in Khazar University, this symposium devoted to science in the Islamic world was particularly significant. Academic Vasim Mamadaliyev also spoke about Islam’s contributions to the world cultural history and wished success to this conference, which aimed to bring clarity to this relatively understudied field in Azerbaijan.
Raziya Isayeva, Khazar University’s Development Director, made a presentation about Khazar University.
H. Eren presented a gift to H.Isaxanli from IRCICA. Then Zulfiyya Sadigova, Head of the Department of Music and Fine Arts, led a concert program including performances by university students and staff.
After the opening ceremony, Dr. Farda Asadov, Vice President of Khazar University, moderated the first plenary session of the symposium. Presentations were made by H.Isaxanli (Alchemy of the Muslim Period between Egyptian-Greek-Roman-Chinese Alchemy and European Chemistry), Professor Farid Alakbarli (Scientific Manuscripts of Azeri Writers in the Middle Ages at Apostolic Library of Vatican), Prof. Mustafa Demirci from Turkey (Mentality and the Dynamics of the Scientific Revolution in the Islamic World) and Prof. Mustafa Sabri Kucukasci of Turkey (Muhammad ibn Ahmad al-Khwarizmi and his Work Entitled Mafatih al-Ulum).
After a lunch break, the second plenary session was moderated by Prof. Qadir Khurramin of Pakistan. Presentations were made by Prof. Cevher Sulul of Turkey (Islamic Sciences and their Effects on the West), Arshad Islam of Malaysia (Islamic Science in the Late Abbasid Period (945-1258), Dr. Zivar Huseynli of Khazar University (Astrology and astrologists during Safavid Period), and Dr. Ahmed Abdullah of Egypt (Turkish Manuscripts on Natural Sciences in the Egyptian National Library).
Prof. Hasan Niknafs, Dean of the School of Engineering and Applied Science, moderated the final plenary session, in which presentations were made by Nusratolla Zakirov of Tajikistan (The Contribution of Muslim Scholars of the Middle Ages to the Development of World Civilization), Drs. Bilal Dadayev Suleyman Saribashin of Turkey (Education and Science in the Maraga Observatory), and Prof. Mehmet Rihtim and Dr. Yagub Aliyev (Nasir al-Din al-Tusi’s Two Works Related to Geometry and their Manuscripts in the Collections of Sultan Mehmed II).
At the end of each plenary session, a question-and-answer session was held. Many scholars and students from various higher education institutions of Azerbaijan participated in the symposium. At the end of the first day of the symposium, the guests were invited to dinner to continue their discussions.