İslam Mədəniyyətində Elm və Texnologiya adlı beynəlxalq simpozium başa çatdı International Symposium on “Science and Technology in Islamic Civilization” Ends
Xəzər Universiteti və IRCICA-nın (Türkiyə) birgə təşkilatçılığı ilə həyata keçirilən “İslam mədəniyyətində elm və texnologiya” adlı beynəlxalq simpoziumun fevralın 21-də ikinci gününün ilk iclasında Xəzər Universiteti Mühəndislik və tətbiqi elmlər fakültəsinin müəllimi, fəlsəfə doktoru Javad Mehrinin moderatorluğunda fəlsəfə doktoru Aqil Şirinov “Nəsirəddin Tusinin dəqiq elmlər tarixindəki yeri”, professor Feridun Emecen (Türkiyə) “Osmanlı hərbi texnologiyasının inkişafına bir nümunə: yüngül odlu silahlar”, Xəzər Universitetinin müəllimi, fəlsəfə doktoru Dilavər Əzmli “Rəbi-Rəşidi elm mərkəzinin İslam dünyasinda roluna dair” mövzuda məruzələrlə çıxış etdilər.
Feridun Emecenin moderatorluğundakı ikinci iclasda fəlsəfə doktoru Elvüsal Məmmədov “İbn Heysəm optika problemlərinin müsəlman tədqiqatçısı kimi”, professor Erdoğan Baş (Türkiyə) “Qur’an və texnologiya münasibəti: yanaşmalar, istiqamətləndirmələr və kəşflər” və fəlsəfə doktoru Elnur Nəsirov “Osmanlı elminə töhfə vermiş bəzi azərbaycanli alimlər” mövzusunda məruzələrini təqdim etdilər.
Nahar fasiləsindən sonra professor Tayyar Altıkulaçın (Türkiyə) moderatorluğu ilə davam edən iclasda fəlsəfə doktoru Qoşqar Səlimlinin “İslam alimlərinin dəqiq elmlər sahəsindəki nailiyyətləri”, fəlsəfə doktoru İbrahim Bazın (Türkiyə) “İslam elm tarixində Cizrə və cizrəli alim Əbül-iz İsmail əl-Cəzəri” və professor Möhsün Nağısoylunun “XII əsrin ensiklopedik alimi Hübeyş Tiflisi” mövzusunda məruzələri dinlənildi.
Xəzər Universiteti Biologiya departmentinin müdiri fəlsəfə doktoru İradə Xəlilovanın moderatorluğunda aparılan sonuncu iclasda Xəzər Universitetinin Şərq dilləri departamentinin müdiri fəlsəfə doktoru Elnurə Əzizovanın “Peyğəmbər dövrü müalicə ənənəsi və İslam tibbindəki izləri”, Xəzər Universitetinin müəllmii Günay Əkbərovanın “Tibbi genetikada yeni bir müalicə üsulu olaraq kök hücrə tədqiqatları: İslami cəhətdən bir baxış”, professor Qadir Khurram (Pakistan) “Elmi tədqiqatların təbiəti” və professor Syed Minhaj ul Hassan (Hongkong) “Əbül-Qasım əl-Zəhravi: ilk böyük müsəlman cərrah və icad etdiyi tibb alətləri” adlı mövzuları təqdim olundu.
Hər bir iclasın sonunda məruzəçilərin və dinləyicilərin mövzu ilə əlaqəli sualları cavablandırıldı və mövzulara fərqli baxış və yanaşmalar bildirildi.
Simpoziumun sonunda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı IRCICA-nın direktoru professor Halit Erenə Xəzər Universiteti adından xatirə hədiyyəsi təqdim etdi. Sonra hər iki qurumun rəhbəri simpozium haqqında yekun fikirlərini bildirdilər və uğurla nəticələnən simpoziumun bu sahədəki əməkdaşlığın başlanğıcı olduğunu qeyd etdilər.
Xatirə fotoqrafiyasının çəkilməsindən sonra qonaqlar şam yeməyinə dəvət olundular.
Simpoziumun mədəni proqrama həsr olunmuş son günü (22 fevral) qonaqlar şəhərimizlə daha yaxından tanış oldular. Qədim və yeni Bakı olmaqla iki hissədə təşkil olunmuş şəhər gəzintisində qonaqlar İçəri Şəhərdə Şirvanşahlar sarayı, Qız qalası və digər tarixi memarlıq nümunələrini gəzdilər, həmçinin müasir Bakının yeni arxitektura komplekslərində oldular. On the second day of the International Symposium on “Science and Technology in Islamic Civilization” which was jointly coordinated by Khazar University and IRCICA (Research Center for Islamic Art, Science and History), the first plenary session was moderated by Dr. Javad Mehri, instructor of the Khazar University School of Engineering. Presentations were made by Dr. Agil Shirinov (Nasir al-Din al-Tusi and His Place in the History of Exact Sciences), Prof. Feridun Emecen of Turkey (A Sample on the Ottoman Military Technology Development: Light Firearms), and Dr. Dilavar Azmli of Khazar University (About the Role of the Scientific Center entitled “Rabi-Rashidi” in Islamic World).
In the second session, moderated by Prof. Feridun Emece, presentations were made by
Dr. Elvusal Məmmadov (Ibn al-Haytham as a Muslim Researcher of Optical Problems), Prof. Erdogan Bas of Turkey (Al-Qur’an and Technology: From the Perspective of Approaches, Directions and Discoveries) and Dr. Elnur Nasirov (Azerbaijanian Scholars Contributing to Ottoman Science).
After a lunch break, the third session was moderated by Prof. Tayyar Altikulac of Turkey. Presentations were made by Dr. Goshgar Salimli (Muslim Scholars’ Contributions to the Exact Sciences), Dr. Ibrahim Baz of Turkey (The Place of al-Jizra and a Scholar from al-Jizra Abu al-Iz Ismail al-Jazari in the History of Islamic Science), and Prof. Mohswn Naghisoylu (Hubaysh al-Tiflisi as an Encyclopedic Scholar of the 12th Century).
The fourth session was moderated by Dr. Irada Khalilova, Head of the Khazar University Department of Biology. Presentations were made by the Head of the Department of Eastern Languages, Dr. Elnura Azizova (The Tradition of Treatment during Prophet’s Period and its Traces in Islamic Medicine), Gunay Akvbarova, instructor of Khazar (Stem Cells Researches as a New Treatment Options in Medical Genetics: An Islamic Perspective), Prof. Gadir Khurram of Pakistan (The Nature of Muslim Scientific Enquiry), and Prof. Syed Minhaj ul Hassan of Hong Kong (Abul-Qasim al-Zahraəi: The Great and Pioneer Muslim Surgeon and Inventor of Many Surgical Instruments). Question-and-answer sessions were held at the end of each plenary session, in which participants shared their views and discussed the lectures.
At the end of the symposium, Prof. Hamlet Isaxanli, founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, gave a gift to Prof. Halit Eren, Director of IRCICA. Then each of the two administrators made a closing speech to summarize the symposium. They noted that this symposium had been the beginning of the two institutions’ partnership in this field. Group photographs were taken. Then dinner was served for the guests.
The final day of the symposium (February 22) was dedicated to cultural excursions. The guests toured historical and modern parts of Baku in a two-part excursion including the Shirvanshahlar Palace in the Old City, Maiden’s Tower, and other historical architectural sites. They also viewed modern architectural complexes in Baku.