“Təbii resurslarla zəngin ölkələrdə davamlı inkişafa nailolma yolları” mövzusunda beynəlxalq seminar işinə başladı Researcher Links Workshop Begins
Fevralın 16-da Xəzər Universitetində British Council-ın Tədqiqatçı Əlaqələri layihəsi çərçivəsində “Təbii resurslarla zəngin ölkələrdə davamlı inkişafa nail olma yolları” mövzusunda beynəlxalq seminar öz işinə başladı. Seminarda Xəzər Universitetinin Böyük Britaniya tərəfdaşı Reading Universitetinin, Oxford və digər universitetlərin tanınmış tədqiqatçıları birgə müzakirələr aparıb, müvafiq şəbəkənin yaradılması və bu imkandan yararlanaraq, Azərbaycanın gənc tədqiqatçılarının bilik və səriştələrinin artırılması istiqamətində maraqlı diskussiyalar təşkil edilib.
Seminarı giriş nitqi ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açdı. Seminarda Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin dekanı professor İnqilab Əhmədov, Böyük Britaniyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Adrian Lee, British Council-un Azərbaycanda ölkə üzrə direktoru Elizabet Vayt və Avro-Asiya Araşdırmalar Mərkəzinin direktoru və Birləşmiş Krallıq Reading Universitetinin Henley Business fakültəsinin dekan müavini professor Yelena Kalyuzhnova çıxış etdilər.
Seminarda ARDNŞ və Azərbaycan Dövlət Neft Fondunun təqdimatları dinlənilib, ölkədə fəaliyyət göstərən müvafiq nazirliklər, yerli və xarici təşkilatların, tanınmış universitetlərin nümayəndələri çıxış edib, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəzər Universitəsində keçirilən seminarda Böyük Britaniyadan gəlmiş qonaqlar üçün maraqlı mədəni-kütləvi proqramlar da təşkil edilmişdir. Seminar fevralın 20- dək davam edəcək. On February 16-17th, the first two discussion panels of the five-day International Researcher Links workshop were held at Khazar University. The workshop is organized by the Khazar University School of Economics and Management and the Henley Business School of the University of Reading (UK). The event is sponsored by the British Council. It aims to bring together leading researchers, early career researchers and locally‐based policy makers to share knowledge and understanding about the sustainable development achievement problems in resource rich countries, considering the case of Azerbaijan.
The workshop was opened by Prof. Hamlet Isaxanli, Founder and Chairman of the Board of Directors and Trustees of Khazar University; Prof. Ingilab Ahmadov, Dean of School of Economics and Management; Mr. Adrian Lee, Charge d’Affairs of the British Embassy to Baku; Ms. Elizabeth White, Country Director of British Council in Azerbaijan; and Prof. Yelena Kalyuzhnova, Director of the Centre for Euro-Asian Studies and Vice-Dean of Henley Business School at the University of Reading, UK.
Participants in the workshop included experts and young researchers from Reading and Oxford Universities in the UK, Khazar and other Azerbaijani universities, and SOCAR. During the workshop, global challenges for resource-rich countries, development models for resource-rich countries, macroeconomic and regional policies, fiscal issues, Azerbaijani petroleum governance practice, and means for improving economic governance and capacity building in natural resource management were discussed and many research ideas were exchanged. The workshop will last until February 20th.