“Türk Dünyasında milli kimlik və mənəvi birlik” mövzusunda seminar Seminar on “National Identity and Cultural Unity in the Turkic World”

2015/02/21

Fevralın 19-da Xəzər Universitetinin Siyasi elm və beynəlxalq münasibətlər departamentinin təşkilatçılığı ilə Türk Dünyası Araşdırmaları Mərkəzində “Türk Dünyası Seminarlar Silsiləsi” layihəsi çərçivəsində universitet tələbələri üçün“Türk dünyasında milli kimlik və mənəvi birlik” mövzusunda növbəti seminar keçirildi. Seminardan öncə qonaqlar – Türkiyə Böyük Millət Məclisində millət vəkili kimi 2002-2007-ci illərdə Milli təhsil və gənclik komissiyasının üzvü olmuş Recep Garip, Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin Bakı ofisinin baş koordinatoru Mustafa Haşim Polat, Türkiyənin Azərbaycandakı Səfirliyinin Təhsil müşaviri Abdulgaffur Büyükfırat və həmkarı Hayri Ataş Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı ilə görüşdülər.
Mövzu ilə əlaqədar olaraq Recep Garip əsas mühazirə ilə çıxış etdi. Sonra mövzu ilə bağlı aparılan diskussiyaya moderatorluq edən Siyasi elm və beynəlxalq münasibətlər departamentinin müdiri, fəlsəfə doktoru Muxtar Hacızadə qonağa təşəkkür edərək, Türk Dünyası coğrafiyasındakı beynəlxalq münasibətləri araşdırarkən milli kimlik və mənəvi birlik mövzusunun aktuallığını qeyd etdi. Diskussiya zamanı Azərbaycan dili və ədəbiyyat departamentinin müdiri, fəlsəfə doktoru Vurğun Əyyub Türk Dünyasındakı ədəbi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğuladı. Təhsil fakültəsinin dekanı, fəlsəfə doktoru Elza Səmədova Türk milli kimliyinin dərki, mənəvi birliyinin möhkəmləndirilməsi üçün elmi simpoziumların təşkil olunmasının önəmini diqqətə çatdırdı. Siyasi elm və beynəlxalq münasibətlər departamentinin koordinatoru Baba Bayramlı Türk Dünyasının mənəvi birliyində ədəbiyyatın və poeziyanın rolundan danışdı.
On February 19th, a seminar on “National Identity and Cultural Unity in the Turkic World” was organized by the Khazar University Department of Political Science and International Relations at the Turkic World Research Center as part of the Turkic World Seminar Series for students. Guests visiting for the seminar included Recep Garip, who served as a member of the National Commission for Education and Youth of the Turkish Parliament in 2002-2007; Mustafa Hasim Polat, Head Coordinator of the Turkish Agency for Partnership and Development; and Abdulgaffur Buyukfirat, educational adviser to the Turkish Embassy in Azerbaijan, along with his colleague Hayri Atash. Before the lecture, the guests met with Prof. Hamlet Isaxanli, founder of Khazar University and Chairman of its Board of Directors and Trustees.
Recep Garip gave the main lecture. Then discussions were held on the theme, moderated by Dr. Mukhtar Hajizada, Head of the Department of Political Science and International Relations, who also thanked the guests and noted the importance of national identity and cultural unity in research on the international relations within the geographical area of the Turkic world.
Dr. Vurgun Eyyub, Head of the Department of Azerbaijani Language and Literature, spoke about the need to further develop literary relations in the Turkic world. Dr. Elza Samadova, Dean of the School of Education, also called attention to the value of organizing scholarly seminars to increase understanding of national identity and strengthen cultural unity. Baba Bayramli, the Coordinator of the Department of Political Science and International Relations, spoke about the role of literature and poetry in cultural unity.