Hamlet İsaxanlının Gürcüstan MEA-da məruzəsi Hamlet Isaxanli’s Lecture at Georgian National Academy of Sciences
Gürcüstan Milli Elmlər Akademiyasının dəvəti ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı fevralın 9-11-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində işgüzar səfərdə oldu.
Gürcüstan MEA-da keçirilən toplantıda akademiyanın həqiqi və müxbir üzvləri, universitetlərdən gəlmiş professorlar, Gürcüstan parlamentinin üzvləri, elm və sənət adamları, ictimai xadimlər, tələbələr, həmçinin Gürcüstanın müxtəlif bölgələrindən gəlmiş Azərbaycan dilli ziyalıların iştirak etdiyi toplantı geniş əks-səda doğurdu. Gürcüstan və Azərbaycan mediası toplantı haqqıda məlumat verib, onu geniş şərh etdilər.
Toplantını Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti Giorgi Kvesitadze açdı. O, H.İsaxanlının yaradıcılığı haqqında qısa məlumat verərək, Azərbaycan və Gürcüstan elm adamlarının əlaqəsinin xüsusilə vacib olduğunu vurğuladı. O, H.İsaxanlının bu sahədə fəallığından məmnuniyyət duyduğunu dilə gətirdi və Gürcüstan MEA ilə Xəzər Universiteti arasında bu yaxınlarda əməkdaşlıq müqaviləsi imzalandığını yada saldı. G.Kvesitadze H.İsaxanlının müraciət etdiyi mövzunun Qafqazşünaslıq və xüsusilə Gürcüstanın sosial həyatı və mədəniyyəti baxımından mühüm əhəmiyyət kəsb etdiyini dedi. Prezident G.Kvesitadze H.İsaxanlıın Gürcüstan MEA-ya hədiyyə etdiyi “Azərbaycan Milli Atlası”nı toplantı iştirakçılarına göstərdi, öz təşəkkürünü bildirdi və sözü H.İsaxanlıya verdi.
H.İsaxanlı “Mirzə Şəfi və F.Bodenştedtin Tiflis görüşü- Qafqazşünaslıq məsələləri” mövzusunda mərusəzini hər kəsin anlaması üçün rus dilində etdi.
H.İsaxanlı məruzəsinə Qafqaz xalqlarının zəngin tarixi və mədəniyyəti, insan münasibətləri və dövlətlərarası münasibətlərə aid fikirlərlə başlayıb, Tiflisin 19-cu əsrdə və birinci dünya savaşına qədər Qafqazın paytaxtı olduğunu, Azərbaycan mədəniyyətinin, ədəbiyyat, müsiqi və incəsənətinin, jurnalistika və teatrının inkişafında müstəsna rolu olduğunu qeyd etdi.
H.İsaxanlı Abbasqulu ağa Bakıxanov və M.F.Axundov/Axundzadənin Tiflis şəhərindəki fəaliyyətlərinə də toxunaraq, onları izləyib Tiflisə gələnlər arasında şair, xəttat/kalliqraf və tatar/Azərbaycan və fars dili müəllimi olan Mirzə Şəfi haqqında söhbətə keçdi. F.Bodenştedtin Tiflisə gəlməsi, M. Şəfidən dərs alması, onun şeirlərini almancaya çevirməsi haqqında məlumat verdi. Bodenştedtin “Şərqdə 1001 gün” adlı əsəri üzərində xüsusi dayanmağın vacibliyini qeyd etdi. Bu əsərin Azərbaycan dilinə ancaq bir hissəsinin tərcümə edildiyini, gürcü dilinə isə heç tərcümə edilmədiyini təəssüf hissi ilə qeyd edərək, əsərin mühüm saydığı məqamlarına toxundu. Bu əsərdə Qafqaz xalqları, onların adət-ənənələri, mədəniyyəti, tarixi və ədəbiyyatı haqqında dəyərli məlumatlar olduğunu göstərdi, xüsusilə Gürcüstan tarixi, coğrafiyası, etnoqrafiyası, ədəbiyyat və mədəniyyəti haqqında əsərdən misallar gətirdi.
H.İsaxanlı Mirzə-Şəfişünaslıqdan söhbət açdı. O, Adolf Bergè və onun Azərbaycan ədəbiyyatı və Mirzə Şəfi haqqında yazıları barədə danışdı.
H.İsaxanlı F.Bodenştedtin Mirzə Şəfinin şair olmaması və “Mirzə Şəfi nəğmələri”nin Bodenştedtin özünə məxsus olması fikrinə necə gəlib çıxdığını və sonrakı cərəyanları təhlil etdi. Salman Mümtaz, Həmid Məmmədzadə və digər tədqiqatçıların Mirzə-Şəfişünaslığa verdiyi töhfələrdən söz açdı. H.İsaxanlı öz yeni tədqiqatları barədə də məlumat verdi. Məruzə böyük diqqətlə dinlənildi. Gürcüstan MEA-nın üzvləri və digər yerlərdən gəlmiş elm adamları bir sıra suallarla müraciət etdilər, H.İsaxanlı onlara müfəssəl cavab verdi. Sonra Gürcüstan MEA-nın vitse – prezidenti Roin Metreveli və digər görkəmli tarixçilər, ədəbiyyatşünaslar, etnoqraflar H.İsaxanlının məruzəsini yüksək qiymətləndirdilər. Məruzədəki faktların onlar üçün yeni olduğunu etiraf etməklə bu məruzənin Gürcüstan MEA jurnalında dərc olunmasının, həmçinin Mirzə Şəfi və F.Bodenştedtə aid orijinal qaynaqların gürcü dilinə tərcüməsinin çox vacib olduğunu xüsusi qeyd etdilər. Gürcüstan MEA prezidenti G.Kvesitadze çox məzmunlu və dəyərli məruzəsinə görə H.İsaxanlıya təşəkkür etdi, bu cür əlaqələrin davam etdirilməsinin vacib olduğunu dedi.
G.Kvesitadze və H.İsaxanlı toplantını işiqlandırmağa gəlmiş müxbirlərə müsahibə verdilər. Gürcüstan MEA H.İsaxanlının şərəfinə banket təşkil etdi. Upon the invitation of the Georgian National Academy of Sciences (GNAS), Prof. Hamlet Isaxanli, founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, visited Tbilisi, the capital of Georgia, on February 9-11.
On February 10th, he spoke at a meeting of GNAS. Participants included active and corresponding members of GNAS, university professors, members of the Georgian Parliament, artists, scholars, public servants, students, and Azerbaijani-speaking intellectuals from various regions of Georgia. The event was widely covered by Georgian and Azerbaijani media.
The president of GNAS, Giorgi Kvesitadze, opened the meeting. He gave brief information about the scholarly activities of H.Isaxanli and emphasized the critical importance of Georgian-Azerbaijani scholarly relations. He said that he was especially pleased with H.Isaxanli for his efforts in this area, citing a recently-signed agreement between GNAS and Khazar University. G.Kvesitadze stated that the topic of H.Isaxanli’s lecture was extremely important from the perspective of Georgian social and cultural studies and Caucasus studies in general. Then President Kvesitadze showed the audience the Azerbaijani National Atlas, which H.Isaxanli had given to GNAS, and he thanked H.Isaxanli and gave him the floor.
H.Isaxanli made his presentation on “The Meeting of Mirza Shaffy and F.Bodenstedt in Tbilisi: Issues of Caucasus Studies” in Russian so the whole audience would understand.
H.Isaxanli began by sharing his views on the rich history and cultures of the Caucasus peoples including human interactions and international relations. He noted that Tbilisi played an exceptional role in the development of Azerbaijani culture, literature, music, art, journalism and theater because of its status as the capital of the Caucasus from the 19th century until World War I. Then, touching on the works of Abbasgulu Agha Bakikhanov and M.F.Akhundov in Tbilisi, he began to speak about Mirza Shaffy, who had moved to Tbilisi following those scholars. Mirza Shaffy was a poet, calligrapher and teacher of Tatar/Azerbaijani and Persian. H.Isaxanli also spoke about how F.Bodenstedt came to Tbilisi, studied under M.Shaffy, and translated his poetry into German. He emphasized the importance of Bodenstedt’s book “Tausend und Ein Tag im Orient” (1001 Days in the Orient). He touched on important parts of the book, expressing the unfortunate circumstance that the book has only been partially translated into Azerbaijani and has not been translated into Georgian at all. He used examples from the book to show that it was a source of valuable information about Caucasus peoples and their traditions, cultures, histories and literature, especially including the history, geography, ethnography, literature and culture of Georgia.
H.Isaxanli spoke about Mirza Shaffy Studies, including the writings of Adolf Bergè on Azerbaijani literature and Mirza Shaffy.
H.Isaxanli also traced the history of the idea that “Songs of Mirza Shaffy” were Bodenstedt’s own creation, not Shaffy’s, and he analyzed the schools of thought that followed.
He also spoke about the contributions of Salman Mumtaz, Hamid Mammadzada and other researchers in the field of Mırza Shaffy Studies. He spoke about his own recent research on the topic.
The lecture was met with great interest by the audience. After the lecture, members of GNAS and scholars from other institutions asked questions, which H.Isaxanli answered. Then Roin Metreveli, Vice President of GNAS, and other well-known historians, literary scholars and ethnographers highly evaluated the lecture. They noted that the presentation contained information that was new to them and that it would be published in the GNAS proceedings. They also noted the importance of translating original materials of Mirza Shaffy and F.Bodenstedt into Georgian. GNAS President G.Kvesitadze thanked H.Isaxanli for the very rich and valuable lecture, stating the importance of continuing this kind of academic cooperation.
Then G.Kvesitadze and H.Isaxanli gave interviews to the media at the event. A banquet was served in H.Isaxanli’s honor.
During his trip, H.Isaxanli also visited the M.F.Akhundov museum in Tbilisi.