Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilmiş görüşdə Xəzər Universitetində texnoparkın yaradılması məsələsi müzakirə olundu Creation of Khazar University Technopark Discussed at Meeting of Ministry of Communication and High Technologies
Fevralın 7-də Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov “Xəzər Universitetində sənaye mərkəzli texnoparkın inkişafı” barədə beynəlxalq konfransın bir qrup iştirakçısını qəbul etdi.
Görüşdə Xəzər Universitetindən universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Hassan Niknafs, Texnoparkın direktoru Özden Doyuran, MİTEK (Makina İnşaat Tesissat Elektrik Klima A.Ş) İdarə Heyətinin sədri Cenk Polat, Havelsan şirkətnin baş direktoru Sadık Yamaç, TİKA (Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı) Azərbaycan qurumunun başçısı Mustafa Haşim Polat iştirak edirdilər.
Nazir qonaqları salamlayıb, Xəzər Universitetinin həmişə mühüm layihələr üzərində işlədiyini xatırlatdı, yüksək texnologiyalar üzrə dövlət siyasətinin müəyyən məqamlarına toxundu və Xəzər Universiteti və onun birgə iş gördüyü şirkətlərlə işbirliyinə hazır olduqlarını bildirdi.
Hamlet İsaxanlı çıxışında Azərbaycan hökumətinin, xüsusilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin texnoparkların inkişafı siyasətinə uyğun olaraq Xəzər Universitetində mühüm addımlar atıldığını, o cümlədən Türkiyənin MİTEK şirkətlər qrupu və Havelsan şirkəti ilə birgə iş planladıqlarını söylədi.
Görüşdə Cenk Polat, Sadık Yamaç, Mustafa Haşim Polat çıxış edərək şirkətlərin uğurları, universitetlə şirkətlər arasındakı işbirliyi və görmək istədikləri işlər haqqında məlumat verdilər. Onlar müəyyən maliyyə dəstəyi olacağını da bildirdilər.
Sonda nazir Əli Abbasov çıxış edərək, Xəzər Universiteti ilə MİTEK və Havelsan`ın əməkdaşlığını bəyəndiyini, Azərbaycan hökumətinin bu cür layihələri məmnuniyyətlə dəstəklədiyini bildirdi, Xəzər universitetinin sənaye ağırlıqlı texnoparkının əhəmiyyətindən və bu sahədə qarşıda duran vəzifələrdən danışdı, ətraflı iş planının hazırlanıb nazirliyə təqdim olunmasını təklif etdi. On February 7th, the Minister of Communication and High Technologies, Ali Abbasov, hosted a group of participants from an international conference on “Development of a Technopark at Khazar University.”
Prof. Hamlet Isaxanli, Founder of Khazar University and Chairman of its Board of Directors and Trustees; Dr. Hassan Niknafs, Dean of the School of Engineering and Applied Sciences; Ozden Doyuran, Director of the Khazar University Technopark; Cenk Polat, the Chairman of MITEK’s Executive Board; Sadik Yamac, Director of the Havelsan group of companies; and Mustafa Hasim Polat, Head of the TIKA (Turkish State Development Agency)-Azerbaijan organization, were present at the meeting.
The Minister greeted the guests, noting that Khazar University is constantly working on important projects. He mentioned that high technology is one of the key elements of state policy and said that he and the ministry are ready to partner with Khazar University and the companies working with it. He also said that Prof. Hamlet Isaxanli, Founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, has taken significant steps at Khazar University in accordance with the Technopark Development policy of the Azerbaijani government and especially of the Ministry. He also mentioned the work that H.Isaxanli has planned with MITEK group of companies (Turkey) and the Havelsan company.
Presentations were made by Cenk Polat, Sadik Yamac, and Mustafa Hasim Polat, who spoke about the companies’ achievements, partnerships with the university, and future plans in these areas. The companies also stated that they will provide a certain amount of financial support.
Finally Ali Abbasov, the Minister of Communication and High Technologies, also made a presentation, stating that he approves of the partnership between Khazar University and MITEK. He stated his support for these types of projects and spoke about the significance of the technopark for Khazar University’s industry relations. He also mentioned work that remains for the future and suggested that the technopark write a detailed work plan and present it to the Ministry.