[:az]Dekabrın 25-də Xəzər Universitetinin Mərmər zalında cari tədris ilinin əvvəlində universitetin Musiqi və incəsənət departamentinin müdiri, pianoçu Zülfiyyə Sadıqovanın rəhbərliyi ilə yaradılmış peşəkar musiqiçilərdən ibarət kamera ansamblının ilk baxış-konserti oldu. Konsertdə universitetin rəhbərliyi, əməkdaşları və tələbələri iştirak edirdilər. Ansamblın ifasında Azərbaycan bəstəkarıarı Üzeyir hacıbəyli, Müslüm Maqomayev, Niyazi, Cahangir Cahangirov və Sərdar Fərəcovun, Qərbi Avropa bəstəkarlarından Motsart, Ştraus və Piazzollonun əsərləri səsləndi.
Qeyd edək ki, Xəzər Universitetində yaradılmış bu ansambl Azərbaycanın ali təhsil müəssisələrində ilk və yeganə kamera ansamblıdır.
Konsertdə, eyni zamanda, universitetin birinci kurs tələbələrindən ibarət xor kollektivi (rəhbər Məhsəti Cabbarova) çıxış etdi. Solistlər – Təhsil fakültəsinin tələbələri Nərmin Cəfərli Cahangir Cahangirovun “Füzuli” kantatasınnı ikuinci hissəsini və “Kərkük mahnısı”nı, Elçin Feyzullayev M. Maqomayevin “Odlar ölkəsi” mahnısını ifa etdilər.
Konsertin sonunda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar şurasının sədri professor Hamlet İsaxanlı çıxışında ansamblın konsertini və tələbələrin ifasını yüksək qiymətləndirərək, onlara yeni uğurlar arzuladı.[:en]On December 25, a kick-off concert of the new chamber ensemble was held in the Khazar University Marble Hall. This ensemble consists of professional musicians and was created at the beginning of the current academic year, under the leadership of Head of Department of Music and Fine Arts of Khazar University, pianist Zulfiyya Sadigova. Administration, staff and students of the university participated in the concert. Works of Azerbaijani composers, including Uzeyir Hajibayli, Muslum Magomayev, Niyazi, Jahangir Jahangirov, Sardar Farajov, and Western European composers, including Mozart, Strauss and Piazzollo were played by the ensemble.
It should be noted that this ensemble created at Khazar University is the first and only chamber ensemble at a higher education institution in Azerbaijan.
At the same time, the university choir consisting of first-year university students (director Mehseti Jabbarova) performed at the concert. First-year student of the School of Education, Nermin Jafarly, performed the second movement of “Fizuli Cantata” of J. Jahangirov and Kerkuk’s song, and Elchin Feyzullayev performed “Land of Fire” by M. Magomayev.
At the end of the concert, Khazar University’s founder and Chairman of the Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, noted his appreciation for the ensemble’s and students’ performances and wished them further success.[:]