[:az]Dekabrın 28-də BP-nin aparıcı mütəxəssisləri Elşən Rzayev və Cabbar Bayram ilə Xəzər Universitetinin rəhbərliyi və Mühəndislik və tətbiqi elmlər fakültəsinin aparıcı mütəxəssisləri arasında görüş keçirildi. Görüşdən əsas məqsəd sənayedə elmi-tədqiqat məsələlərini müzakirə etmək və bu sahədə Xəzər Universiteti ilə Azərbaycanda fəaliyyət göstərən neft və qaz şirkətləri arasında daha sıx əməkdaşlığı həyata keçirmək idi. Bu istiqamətdə işgüzar müzakirələr aparılmış və yaxın gələcəkdə qarşılıqlı maraq doğuran məsələlər üzrə əməli tədbirlərin həyata keçirilməsi qərara alınmışdır.
Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Tədris işləri üzrə prorektor, professor Məhəmməd Nuriyev, Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı, fəlsəfə doktoru Həsən Niknafs, Neft mühəndisliyi departamentinin müdiri, dosent Qəşəm Zeynalov, Elektronika, telekommunikasiya və radiomühəndislik departamentinin müdiri, fəlsəfə doktoru Nuru Səfərov, Riyaziyyat departamentinin müdiri, dosent Seymur Rzayev və Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekan müavini, fəlsəfə doktoru Əlihüseyn Dövlətov iştirak etmişlər.[:en]On December 28, a meeting was held among the Khazar University administration, leading experts of the School of Engineering and Applied Sciences, and leading experts of BP, including Elshen Rzayev and Jabbar Bayram. The main purpose of the meeting was to discuss research issues in the industry and to implement closer cooperation in this area between Khazar University and oil and gas companies operating in Azerbaijan. In this regard, business discussions were held and a decision was made to implement practical measures on issues of mutual concern in the near future.
Khazar University’s founder and chairman of the Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, Vice President for Academic Affairs, Professor Muhammad Nuriyev, Dean of the School of Engineering and Applied Sciences, Dr. Hasan Niknafs, Head of the Department of Petroleum Engineering, Associate Professor Gasham Zeynalov,
Head of the Department of Electronics, Telecommunications and Radio Engineering, Dr. Nuru Safarov, Head of the Department of Mathematics, Associate Professor Seymur Rzayev, and Deputy Dean of the School of Engineering and Applied Sciences, Dr. Alihuseyn Dovletov, participated in the meeting.[:]