[:az]Sentyabrın 16-da Xəzər Universitetində yeni dərs ilinin açılış mərasimi oldu. Mərasimdə universitetə yeni qəbul olunmuş birinci kurs tələbələri və onların valideynləri, digər tələbələr, universitetin rəhbərliyi və professor-müəllim heyəti iştirak edirdilər. Dövlət himninin səslənməsi ilə başlanan mərasimdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, müəllim və tələbə kollektivini, xüsusən birinci kurs tələbələrini yeni dərs ili münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı, universitet haqqında geniş məlumat verdi, əldə edilən nailiyyətlərdən danışdı.
Sonra H. İsaxanlı qəbul imtahanlarında ən yüksək bal toplamış tələbələrə tələbə biletini təqdim etdi. Tələbələr adından Nadir Əlizadə çıxış edərək, seçdikləri Xəzər Universitetində yaxşı mütəxəssis kimi yetişmək üçün əzmlə təhsil alacaqlarını bildirdi.
Mərasim universitet tələbələrinin ifasında konsert proqramı ilə başa çatandan sonra tələbələr auditoriyalara dəvət olundular və yeni dərs ili başlandı.
[:en]On September 16th, the opening ceremony of the new academic year was held at Khazar University. New first-year university students and their parents, other students, the university administration and faculty participated in the event. The ceremony began with the sounding of the national anthem, and then the founder of Khazar University and the chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, made a presentation congratulating teachers and students, especially first-year students, with the new school year; wishing them good luck; giving detailed information about the university; and speaking about achievements.
Then Hamlet Isaxanli presented student cards to the students who had earned high scores on their entrance exams. On behalf of the students, Nadir Alizadeh made a presentation and noted that the new students intended to study hard at Khazar University to become qualified specialists.
After the ceremony, a concert was given with performances by university students; then students were invited into their classrooms and the new school year began.
[:]