[:az]Sentyabrın 12-də Nizami Rayon İcra Hakimiyyətində yeni dərs ilinin başlanması və 2012-2013-cü tədris ilinin yekunlarına həsr olunmuş ümumrayon müşavirəsi keçirildi. Müşavirəni giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq, salona toplaşanları salamladı. O, hesabat məruzəsi ilə çıxış etmək üçün sözü Rayon İcra Hakimiyyəti Başçısının müavini Gülnaz İsrafilovaya verdi. G. İsrafilova tədris ili ərzində qazanılmış uğurlar haqqında geniş məlumat verdi.
Müşavirədə 220 saylı məktəbin direktoru Almaz Ələsgərova, “Zəngi” liseyinin 695 bal toplamış məzunu Rəfiqə Rüstəmova, millət vəkilləri Sədaqət Vəliyeva, Flora Qasımova və Fəttah Heydərov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fiqumə Hüseynova, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Bakı Şəhər Təhsil İdarəsinin məsul əməkdaşı Firudin Babayev və digərləri çıxış edərək, əldə edilmiş nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışdılar. Sonda “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi adını qazanmış 5 məktəbin, o cümlədən Xəzər Universiteti “Dünya” məktəbinin rəhbərlərinə və universitetlərə daxil olmuş məzunlara qiymətli hədiyyələr təqdim olundu.
Müşavirədə Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının müşaviri Nailəxanım İsayeva, universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli iştirak edirdilər.
[:en]On September 12, a regional conference devoted to the beginning of a new school year and the results of the 2012-2013 academic year was held at the Nizami District Executive Power. Opening the conference, the head of Nizami District Executive Power Tahir Budaqov
greeted the audience. The floor was passed to Deputy Head of the District Executive Committee, Gulnaz Israfilova, to make a report. G. Israfilova spoke about successes during the school year.
At the conference, other presentations were made by Almaz Alasgarova, the director of the school № 220; Rafiqa Rustamova, a “Zəngi ” Lyceum graduate who earned 695 points; MPs Sadagat Valiyeva, Flora Qasimova and Fattah Haydarov; Fiqume Huseynova, Deputy Head of the Executive Power of Baku City; Professor Hamlet Isaxanli, the founder of Khazar University and chairman of its Board of Directors and Trustees; Ali Babaev, Baku City Education Department officer; and others. They spoke about achievements and future goals.
At the end of the meeting, valuable gifts were presented to the “Best Secondary School” contest winners, including five schools as well as Khazar University’s “Dunya” School, and to high school graduates who were accepted into universities.
The Khazar University Advisor on Humanitarian and Organizational Affairs, Nailaxanim Isayeva, and Director of Public Relations and Media, Alovsat Amirbeyli, also participated in the conference.
[:]