[:az]Xəzər Universiteti avqustun 2-7-də Təhsil Nazirliyinin sifarişi əsasında Lerik rayonunda təlim kursunu uğurla həyata keçirdiyinə görə Lerik Rayon Təhsil Şöbəsinin müdiri B.A. Nəsirov sentyabrın 6-da Təhsil Nazirliyinə və universitetə aşağıdakı təşəkkür məktubunu göndərib.
Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarova
Surəti: Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri cənab Hamlet İsaxanlıya
Hörmətli Mikayıl müəllim!
Nəzərinizə çatdırmaq istəyirik ki, respublikamızda gedən təhsil islahatı çərçivəsində Təhsil Nazirliyinin sifarişi əsasında Xəzər Universiteti tərəfindən Lerik rayonunda avqustun 2-7-də təşkil edilən “İdarəetmədə qərarların verilməsi üçün təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq tədqiqatları nəticələrindən istifadə” mövzusunda təlim kursu uğurla həyata keçirilmişdir. Kursun məzmunu və treninq materiallarının təqdimatı kursa cəlb edilmiş təhsili idarə edən pedaqoji işçilər tərəfindən maraqla qarşılanmışdır. Bu kursun məzmunu və onun aydın şəkildə şərhi təhsilin müasir tələblər baxımından nəticəyönümlü idarə edilməsinin təşkili üçün bizə əməli kömək edəcək. Belə bir layihənin həyata keçirilməsi ilə bağlı Sizə və onun təşkilatçılarına Lerik rayonunun təhsil işçiləri adından minnətdarlığımızı bildiririk.
Dərin hörmət və ehtiramla,
Lerik Rayon Təhsil Şöbəsinin müdiri:
B.A.Nəsirov
[:en]On September 6, Head of the Lerik District Education Department, B.A. Nasirov, sent a thank you letter to the Ministry of Education and the university for completion of a training course successfully held by Khazar University in Lerik on August 2-7 upon the request of the Ministry of Education. The letter reads as follows.

To the Minister of Education of the Azerbaijan Republic, Mr. Mikayil Jabbarov
Copy sent to: Chairman of the Board of Directors and Trustees of Khazar University, Mr. Hamlet Isaxanli
Dear Mr. Cabbarov,
We would like to inform you that in the framework of current education reforms, training on the topic of “Using Monitoring Research Results and the Evaluation of the Accomplishment of Students in Making Management Decisions” which was organized by Khazar University by order of the Ministry of Education on August 2 to 7 in Lerik was carried out successfully. The presentation of the course content and training materials were useful to educational administration staff involved in the course. The content of this course and its clear explanations will be helpful to us in terms of modernization of education management. On behalf of the educational staff of Lerik, we express our gratitude to you and the organizers for the implementation of such a project.
With my deepest respect and esteem,
Lerik District Education Department:
B. A. Nasirov
[:]