[:az]İyunun 10-da “Hyatt Tower 3” – ün “Kişmiş zal”ında Layihə İdarəetmə Məktəbinin (The School of Project Management) ikinci qrup məzunlarının buraxılış mərasimi keçirildi. Məktəb BP, ESI International və Xəzər Universitetinin birgə layihəsi əsasında yaradılmışdır. Mərasimdə dövlət, QHT, yerli və beynəlxalq şirkətlərin təmsilçiləri iştirak edirdilər. BP-nin vitse-prezidenti Hüseyn Məmmədov, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, ESİ İnternational təşkilatının nümayəndəsi Ed Hughes məzunları təbrik edərək, onlara uğurlar arzuladılar. BP Şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan regionu üzrə prezidenti Gordon Birrell tərəfindən məktəbi müvəffəqiyyətlə bitirmiş 51 məzuna, o cümlədən Xəzər Universitetinin əməkdaşları Lyudmila Sotova və Xumar Hüseynovaya Corc Vaşinqton Universitetinin layihə idarəetməsi üzrə magistr sertifikatı təqdim olundu. [:en]The School of Project Management that functions within Khazar University celebrated its second graduation ceremony on the 10th of June in the Kishmish Hall of Hyatt Tower. The program was established in cooperation with ESI International, BP and Khazar University, so the representatives of these organizations participated in this event to award Master Certificates to School of Project Management participants. The Vice President of BP, Huseyn Mamedov, the founder of Khazar University and Chairman of the Board of Directors and Trustees, Hamlet Isaxanli, and representative of ESI International Ed Hughes made speeches during the opening ceremony. The number of graduates was 51 people. It is a great honor to mention that our Khazar University colleagues, Lyudmila Sotova and Khumar Huseynova, were also among the graduates who successfully completed the course program of the School of Project Management. Certificates were awarded by the president of BP’s Azerbaijan-Turkey-Georgia region.[:]