[:az]Mayın 31-də Xəzər Universitetində ənənəvi “Elm və Sənət Məclisi”nin 58-ci məşğələsi keçirildi. Məşğələni giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı açaraq, Amerika Birləşmiş Ştatlarından məruzə oxumaq üçün dəvət olunmuş professor Maykl Rubini (Michael Rubin) məşğələdə iştirak edən Azərbaycanın tanınmış elm adamlarına təqdim etdi. O bildirdi ki, mövzu çox maraqlı və hamımızı düşündürən mövzudur: “İranın yaxın tarixi və bu günü: əsas inkişaf meylləri və yaxın gələcəyə baxış…” H.İsaxanlı M.Rubinin tərcümeyi-halı və elmi fəaliyyəti haqqında geniş məlumat verdi.
Sonra M.Rubinin məruzəsi dinlənildi. Məruzədən sonra o, alimlərin və tələbələrin suallarını cavablandırdı. Məruzə ətrafında müzakirələrdə Mail Yaqubov, Ayla Abbasova (Xəzər Universiteti), Cəmil Həsənli (BDU), Solmaz Tohidi (AMEA-nın Şərqşünaslıq İnstitutu), Süleyman Əliyarlı (BDU), Richard Rousseau (Xəzər Universiteti), İradə Zərdab (AMEA-nın Şərqşünaslıq İnstitutu) və digərləri iştirak etdilər. Sonda M.Rubin çox maraqlı elmi müzakirə üçün H.İsaxanlıya, “Elm və Sənət Məclisi”nin təşkilatçılarına və tərcüməçi Zamirə Vəliyevaya dərin təşəkkürünü bildirdi. Xatirə şəkilləri çəkildi.
[:en]On May 31, the 58th routine meeting of the Assembly of Science and Art was held at Khazar University. The event was opened by the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli. Then he introduced Professor Michael Rubin, who was invited from the United States of America to deliver a lecture to the well-known scholars participating in the workshop. He noted that the subject matter was very interesting and would cause everyone to think. The topic was “”Iran’s Recent Past and Today: Main Development Tendencies and Prospects for the Near Future.” H. Isaxanli gave information about the biography and research activity of Michael Rubin.
Then M. Rubin gave his lecture. After the lecture, he answered scholars’ and students’ questions. Mail Yagubov, Ayla Abbasova (Khazar University), Jamil Hasanli (BSU), Solmaz Tohidi (Institute of Eastern Studies of the Academy of Sciences), Suleyman Aliyarli (BSU), Richard Rousseau (Khazar University), İrada Zardab (Institute of Eastern Studies of the Academy of Sciences), and others actively took part in a discussion. At the end, M. Rubin expressed his deep gratitude to H. Isaxanli for the interesting discussion as well as to the organizers of the Assembly of Science and Art and translator Zamire Valiyeva. Photos were taken.
[:]