[:az]Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) ABŞ İnkişaf Agentliyi (USAID) ilə Əməkdaşlıq Razılaşmasına əsasən “Azərbaycan Hüquq Konsorsiumu” layihəsinin icrasını həyata keçirməkdədir. AHK layihəsinin ümumi məqsədləri hüququn aliliyinin, vətəndaşların hüquqlarının və maraqlarının daha yaxşı müdafiəsinin təmin olunması üçün hüquqi maarifləndirmə və vətəndaş cəmiyyətinin təsirliliyinin artırılmasıdır. Layihənin xüsusi məqsədləri isə Azərbaycan hökumət dairələrinin vətəndaşların hüquqlarının qorunması sahəsində həyata keçirdikləri islahatların inkişafının fəal şəkildə dəstəklənməsi və təşviq edilməsi, müştərilərə yardım göstərilməsi və qanunların tətbiqi sahəsində hüquqi peşəkarlığın səviyyəsinin artırılmasından ibarətdir. Layihənin strateji tərəfdaşları Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası və Konstitusiya Araşdırmaları Mərkəzidir. Layihə çərçivəsində digər fəaliyyət növləri ilə yanaşı hüquqşünas tələbələr və gənc hüquqşünasların bacarıqlarını inkişaf etdirmək məqsədilə Xəzər Universiteti nəzdində Hüquq Tədris Mərkəzi yaradılıb. Tədris mərkəzinin fəaliyyəti əsasən cari ildə hüquqşünas tələbələr üçün insan hüquqları üzrə təlim kurslarının keçirilməsi və vəkil olmaq istəyən gənc hüquqşünasları Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahanlara hazırlaşdırmaqdan ibarətdir. Layihə çərçivəsində ilk təlim kursu cari ilin mart ayının üçüncü həftəsindən başlayıb və iyun ayının sonuna qədər davam edəcək.
Aprelin 6-da Xəzər Universitetində Hüquq Tədris Mərkəzinin rəsmi açılış mərasimi keçirildi. Tədbirdə müxtəlif dövlət orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatları və digər qurumları təmsil edən nümayəndələr, universitet rəhbərliyi və tələbələr iştirak edirdilər. Açılış nitqi ilə çıxış edən Hüquq Tədris Mərkəzinin rəhbəri Cabir Xəlilov Mərkəzin təşkili və fəaliyyəti haqqında məlumat verdi. Daha sonra AHK sədri, millət vəkili Əli Hüseynli layihənin və təşkil olunan kursların peşəkar hüquqşünas və vəkillərin hazırlanması sahəsində əhəmiyyətli olacağını qeyd etdi. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Mərkəzin yaradılmasının zəruriliyindən və tələbələrin burada praktiki vərdişlərə yiyələnməsinin əhəmiyyətindən bəhs etdi.
Tədbirdə, həmçinin, USAID Bakı ofisinin Demokratiya və İdarəetmə İdarəsinin direktoru Ronald Qlass (Ronald Glass), AR Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Səadət Yusifova, AR Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev, Konstitusiya Araşdırmaları Fondunun Prezidenti Əliməmməd Nuriyev, Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov və Vəkillər Kollegiyasının üzvü, Xəzər Universitetinin müəllimi Akif Əlizadə çıxış etdilər. Sonda Ronald Qlass tələbələrlə kursların təşkili barədə söhbət apardı. Tədbir bitdikdən sonra USAID Bakı ofisinin nümayəndəsi Aynur Yusifova monitorinq məqsədi ilə təlimdə iştirak etdi.
[:en]The Azerbaijan Lawyers Confederation (ALC), in accordance with their Partnership Agreement with the U.S. Agency for International Development (USAID), is implementing the Azerbaijan Rights Consortium (ARC) project. The goal of the Azerbaijan Rights Consortium Project (ARC) is to increase the effectiveness of civil society and legal professionals to better defend the rights and interests of citizens and to improve the rule of law. The objectives of the project are development of broader-based Azerbaijani constituencies more actively promoting reforms that safeguard citizens’ rights and improved capacity of legal professionals to better apply laws and assist their clients. Strategic partners of the project are Citizens’ Labor Rights Protection League and Constitution Research Fund. Along with other activities, to increase the professional capacities of law students and young lawyers, a Legal Education Center was established at Khazar University within the project. This year the center plans to provide training courses in human rights for law students and Bar Exam preparation courses for young lawyers. The first training course within this project was started in the third week of March and will continue until the end of June of this year.
On April 6, the official opening ceremony of the Legal Training Centre was held at Khazar University. Representatives of various government agencies, non-governmental organizations, international organizations and other agencies, university administration and students participated in the event. Making an opening speech, Jabir Khalilov, Head of the Legal Education Center, gave information about the organization and its activities. Then Chairman of ALC, MP Ali Huseynli, noted that the project and the course will be important in the development of professional lawyers. The founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, talked about the necessity of the establishment of the center and the importance of students to master the practical skills it will offer.
Other presentations at the event were made by Ronald Glass, Director of the Office of Democracy and Governance at USAID Azerbaijan; Saadat Yusifova, Senior Advisor, Department for Coordination of Law Enforcement Agencies, Administration of the President of the Republic of Azerbaijan; Jeyhun Garajayev, Judge of the Constitutional Court of Azerbaijan Republic; Alimammad Nuriyev, President of the Constitution Research Fund; Sahib Mammadov, Chairman of Citizens’ Labor Rights Protection League; Akif Alizadeh, a member of the Bar Association and instructor of Khazar University. In the end, Ronald Glass had a talk with students about organizing courses. After the event, a representative of the USAID Baku office, Aynur Yusifova, participated in some of the LEC training with the aim of monitoring.
[:]