[:az]Aprelin 5-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində məktəblilərin Ümummilli liderin 90 illiyinə həsr olunmuş “Ətraf mühitin mühafizəsi” VII Beynəlxalq Layihə Olimpiadasının (“İnepo-Euroasia”) final mərhələsində “Dünya” məktəbi də iştirak etdi. Başlayarkən 17 xarici ölkə məktəblilərini əhatə edən bu layihə bu il dünyanın 45 ölkəsindən (Azərbaycan, Türkiyə, Almaniya, Macarıstan, İndoneziya, Qazaxıstan, Laos, Böyük Britaniya, Rusiya, Malayziya, Bolqarıstan, Pakistan və s.) 500-dək şagirdi bir araya topladı. Xarici ölkələrdən təqdim olunan 625 layihədən 52-si, Azərbaycanın 180 orta məktəbindən təqdim olunan 214 layihədən isə 78-i finala qədər yüksəldi. Olimpiadanın keçirilməsində məqsəd Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunması istiqamətində gənc nəslin məlumatlandırılması, şagirdlərdə ekoloji biliklərin inkişaf etdirilməsidir. İNEPO-AVRASİYA – Ətraf Mühitin Mühafizəsi Layihə Olimpiadası eyni zamanda ölkəmizin tanıdılmasına, Azərbaycan həqiqətlərinin təbliğinə, dünya məktəbliləri arasında dostluğun, qardaşlığın bərqərar olmasına xidmət edən bir vasitədir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Şirkəti, İctimai Televiziya və radio Yayımları Şirkəti, Çağ Oyrətim İşlətmələri Şirkəti və “İnepo-Avrasiya” Ekologiya İctimai Birliyinin birgə təşkiltçılığı ilə keçirilən olimpiadada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Planetimizin ekoloji müasirliyi” mövzusunda çıxış etdi.
“Dünya” məktəbinin təqdim etdiyi layihəyə Xəzər Universitetinin Coğrafiya və ətraf mühit elmləri departamentinin rəhbəri, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov rəhbərlik edirdi. Layihə “Bakıda yağış sularının idarə olunmasına ekoloji yanaşma” adı ilə təqdim olundu. Layihənin təqdimatı isə məktəbin coğrafiya müəllimi Mətanət Ağayeva, X sinif İB şagirdləri Fatimə Xəlilova və İlahə Nəsibzadə tərəfindən həyata keçirildi. Bu layihə Bakı və Abşeron yarımadasında həm su qıtlığı probleminin aradan qaldırılmasına, həm də yağış sularının küçələrdə yaratdığı problemin həllinə yönəlmişdi. Layihədə təklif olunur ki, il ərzində şəhərə yağan yağışlar yeraltı su anbarlarında toplansın və yay zamanı parkların suvarılmasında istifadə olunsun. İl ərzində yığıla biləcək yağış sularının miqdarı Oğuz-Qəbələ kəməri vasitəsi ilə Bakıya verilən suyun miqdarına bərabərdir. Hər il Bakıda parkların və bağların suvarılmasında böyük miqdarda içməli sudan istifadə olunur. Layihədən əsas məqsəd suvarmada yağış sularından istifadə etməklə içməli sudan ancaq şəhər sakinlərinin ehtiyacları üçün istifadə etməkdir.
Aktual problemlə ilk dəfə bu yarışmaya qatılan “Dünya” məktəbinin şagirdləri böyük bir uğura imza atdılar: layihə gümüş medala layiq görüldü. Qazanılan uğur bütün məktəb kollektivini ürəkdən sevindirdi.
Olimpiadanın mükafatlandırma mərasimində müvafiq hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, təhsil işçiləri də iştirak etdilər. Təhsil Naziri Misir Mərdanov “Ətraf mühitin mühafizəsi” VII Beynəlxalq Layihə Olimpiadasının uğurla keçirildiyini dedi və təşkilatçılara təşəkkürünü bildirdi. Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, Milli Məclisin deputatı Qənirə Paşayeva, Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəfiqə Hüseynzadə, Ekalogiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Çağ Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən və digər çıxış edənlər Heydər Əliyev Fondunun prezidenti, UNESSO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürlərini bildirdilər.
Olimpiadanın işində bir sıra dövlət rəsmiləri ilə yanaşı Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı da yaxından iştirak etdi.
“Dünya” məktəbinin müəllim və şagird kollektivlərini bu uğur münasibətilə təbrik edir, onlara yeni-yeni nailiyyətlər arzulayırıq.
[:en]On April 5th, Dunya School participated in the final round of the 7th International “Environmental Protection” Olympiad (Inepo-Eurasia) dedicated to the 90th birthday of National Leader Heydar Aliyev. The project, which started out with 17 countries’ schoolchildren in its first year, gathered together about 500 students from 45 countries (Azerbaijan, Turkey, Germany, Hungary, Indonesia, Kazakhstan, Laos, Great Britain, Russia, Malaysia, Bulgaria, Pakistan, etc.) this year. 52 out of 625 projects presented from foreign countries and 78 out of 214 projects presented from 180 secondary schools of Azerbaijan passed into the final round. The goal of the Olympiad was to solve the world’s growing environmental problems and to inform the younger generation, developing students’ environmental knowledge for future environmental protection. At the same time, INEPO-EURASIA-Environmental Project Olympiad serves to bring our country recognition, promote the realities of Azerbaijan, and strengthen brotherhood and friendship among schools around the world.
Vice President of the Heydar Aliyev Foundation, Leyla Aliyeva, made a presentation on “Ecological modernity of our planet” in the Olympiad, organized by the Ministry of Education of Azerbaijan Republic, Ministry of Ecology and Natural Resources, The State Oil Company, Public Television and Radio Broadcasting Company, Cag Educational Company, and “INEPO-Eurasian” Ecological Public Union.
Head of Khazar University’s Department of Geography and Environmental Sciences, Doctor of Geography Rovshan Abbasov led the project presented by “Dunya” School. The project was presented with the name “Introducing the Ecological Limits of Managing Rain Water in Baku.” Presentation of the project was carried out by geography teacher of the school, Metanet Aghayeva, and IB students in the 10th grade, Fatima Khalilova and Ilaha Nasibzade. The project suggests using rainwater during the year which collects in underground reservoirs in the city to be used for irrigation of parks during the summer. The amount of rainwater that can be collected during the year is equal to the quantity of water supplied via pipeline from Oguz-Gabala to Baku. Large quantities of drinking water are used for irrigation of parks and gardens each year. The main goal of the project is to use drinking water for the needs of city residents while using rain water for irrigation. Participating in this contest with this relevant problem for the first time, “Dunya” School students attained a great success: their project was awarded the silver medal.
Representatives of relevant government agencies, Members of Parliament, and education professionals took part in the awards ceremony of the competition. Minister of Education, Misir Mardanov, said that the 7th International “Environmental Protection” Olympiad was held successfully and he expressed his gratitude to the organizers. Turkish Ambassador to Azerbaijan, Ismail Alper Coşkun, Member of Parliament, Qanira Pashayeva, Vice-President of the State Oil Company of Rafige Huseynzade, Deputy Minister of Environment and Natural Resources, Ferdowsi Aliyev, president of Cag Educational Company, Anwar Ozeren, and other speakers thanked the President of the Heydar Aliyev Foundation, UNESCO and ISESCO Goodwill Ambassador UNESSO, MP Mehriban Aliyeva, and Vice President of the Heydar Aliyev Foundation, Leyla Aliyeva.
Along with a number of state officials, the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, took an active part in the Olympiad work.
We congratulate our teachers, students and staff and wish them further success!
[:]