[:az]Martın 15-də Xəzər Universitetinin Mərmər salonunda universitet rəhbərliyinin Şuşa Rayon İcra Hakimiyyəti, təhsil işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirildi. Universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli qonaqları səmimi salamlayaraq, sözü universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya verdi. H.İsaxanlı Azərbaycan təhsilinin tarixi inkişaf yolunun təhlilini verərək, müasir vəziyyətindən danışdı və problemləri nəzərə çatdırdı. Universitetin Qəbul və tələbə şöbəsinin müdiri İsaxan İsaxanlı universitetdəki ixtisaslar, fakültələr, institutlar və digər qurumlar haqqında qonaqlara geniş məlumat verdi.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsi Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Xəzər Universitetində keçirilən çox maraqlı görüş üçün H.İsaxanlıya və universitetin bütün əməkdaşlarına dərin təşəkkürünü bildirdi. O, vətənindən didərgin düşmüş şuşalılarla Bakının ali təhsil müəssisələrində ilk belə görüşün keçirildiyini qeyd etdi. Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva da görüşü yüksək qiymətləndirərək, “Xəzər”lilərlə Azərbaycanın dilbər guşəsi olan Şuşada görüşməyi arzuladı. Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev çıxışında rayonun təhsil işçilərinin gərgin əməyindən bəhs etdi.
Görüşdə rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi, şair Əyyub Şirlanlı çıxış edərək, bir neçə kitabını H İsaxanlıya təqdim etdi. Xəzər Universitetinin tələbələri Elvin Əliyev və Günel Səbzəliyevanın Ü.Hacıbəylinin və Niyazinin əsərlərindən ifaları şuşalıları valeh etdi. Sonda xatirə şəkilləri çəkildi.
[:en]On March 15th, a meeting was held in the Khazar University Marble Hall among the university administration, representatives of the Shusha Region Executive Power, educational workers, and civilian members of the region. The university’s Director of Public Relations and Media, Alovsat Amirbeyli, warmly greeted the guests, then passed the floor to the founder of Khazar University and chairman of its Board of Directors and Trustees, Prof. Hamlet Isaxanli, who spoke about the history, current situation and issues of Azerbaijani education. Then the university’s Head of the Division of Admission and Students, Isaxan Isaxanli, informed the guests about the university’s schools, institutes and majors.
The head of the “Azerbaijan Republic Mountainous Karabakh Azerbaijani Community” Public Union and the Shusha Region Executive Director, Bayram Safarov, thanked Prof. Isaxanli and the whole university for the very interesting meeting. He noted that this was the first meeting of its kind to be held in a Baku higher education institution for internally displaced residents of Shusha. The Shusha Region Executive Director’s Deputy, Vusala Fataliyeva, also highly appraised the meeting, saying that she wished to meet with colleagues from Khazar in Azerbaijan’s beautiful nook, Shusha. Then the Director of the Shusha Region Department of Education, Tavakkul Aliyev, made a speech devoted to the hard work of the region’s educational workers.
At the meeting, the Senior Consultant of the Regional Department of Education, the poet Ayyub Shirlanli, made a presentation and presented several books to Prof. Isaxanli. Khazar University students Eelvin Aliyev and Gunel Sabzaliyeva performed works of U. Hajibeyli and Niyazi. Then photos were taken.
[:]