[:az]2013-cü il martın 23-dən 30-dək Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı Tayland, Vyetnam və İndoneziyanın dörd böyük şəhərində səfərdə oldu.
O, Taylandın paytaxtı Banqkokda Asiya Texnologiya İnstitutunun (ATİ) qonağı oldu. İnstitutun rektoru professor Said İrandoust onu qəbul etdi. H.İsaxanlı, həmçinin, ARCMDG-in (BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə dair Mükəmməl ASEAN Mərkəzi) direktoru Dr. Sandro Kalvani, Asiya və Sakit okean üzrə ATİ-nin Regional Resurs Mərkəzinin direktor müavini və ATİ-nin Genişlənməsi üzrə icraçı direktoru Dr. Conatan Şav ilə görüşdü.
Professor İsaxanlı Naresuan Universitetinin Akademik Xidmətlər üzrə Banqkok Mərkəzində oldu və mərkəzin direktoru, biznesin idarə edilməsi üzrə doktor Srisuda Çonqsithiphol ilə görüşdü.
Sonra o, Banqkok Universitetinin Beynəlxalq İşlər İdarəsinin direktoru Dr. Pahadda Unyapho və bu mərkəzin digər işçiləri, o cümlədən, Nisakol Citdeçkacorn ilə görüşdü. Professor İsaxanlı, həmçinin, Mühəndislik fakültəsinin professor-müəllim heyəti və işçiləri, o cümlədən Optoelektronika, Rabitə və Nəzarət Sistemləri üzrə Araşdırma Mərkəzinin direktoru, Dr Karel L.Sterks və tədqiqatçı-alim Dr. Valeed S. Məhəmməd ilə görüşdü. Onlar Xəzər Universiteti və Banqkok Universiteti arasında qarşılıqlı əməkdaşlıq məsələləri barədə müzakirələr apardılar. Hamlet İsaxanlı Banqkok Universiteti haqqında video təqdimatı izlədi və universitetin kapusu ilə tanış oldu.
Sonra professor Hamlet İsaxanlı Vyetnamın Hanoi və Ho Çi Minh adlı iki şəhərini ziyarət etdi. O, əvvəlcə, Təhsil Nazirliyinin məmurları ilə görüşərək, Azərbaycan və Vyetnam arasında təhsil və tədqiqat əlaqələrini müzakirə etdi.
Sonra Nonq Lam Universitetində oldu, universitetin rektoru Dos. Nquyen Hay, Beynəlxalq Əməkdaşlıq Ofisinin rəhbəri və Beynəlxalq Təhsil Mərkəzinin direktoru Dr. Nquyen Nqoc Thuy, baytarlıq üzrə dekan assistenti Dr Le Quanq Thonq və digər rəsmi şəxslərlə görüşdü.
Digər görüşdə professor Hamlet İsaxanlı Ho Çi Minh şəhərinin və Portkost Məsləhətçi Korporasiyasının yüksək səviyyəli rəsmiləri –İdarə Heyətinin sədri Tan Fuk və Maliyyə və İnzibati işlər üzrə meneceri Nquyen Thi Tam Trinh ilə görüşdü. Görüşdə Xəzər Universitetinin dəstəyi ilə Ho Çi Minh şəhərində yeni Təhsil və Təlim Mərkəzinin yaradılması müzakirə olundu.
Professor İsaxanlı Asiya İnstitutunun Vyetnam Texnologiya Mərkəzidə də oldu.
Sonra professor Hamlet İsaxanlı İndoneziyanın Cakarta şəhərinin dövlət rəsmiləri və biznes müəssisələrinin nümayəndələri –PT Bekasi Fajar Sənaye əmlak müəssəsinin inkişaf direktoru Dr. Cohni Cohan, Avstraliya-İndoneziya Tərəfdaşlıq Layihəsinin meneceri İr. Əhməd Lanti, Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Agentliyinin baş məsləhətçisi Dr. Suqimin Pranoto ilə görüş keçirdi.
O, həmçinin, Azərbaycanın İndoneziyadakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Tamerlan Qarayev ilə görüşdü.
[:en]On March 23-30, 2013, the founder of Khazar University and Chairman of its Board of Directors and Trustees, Professor Hamlet Isaxanli, made a trip to four major cities of Thailand, Vietnam and Indonesia.
In Bangkok, Thailand, he visited Asian Institute of Technology, where he was hosted by the president of the university, Prof. Said Irandoust. He also met Dr. Sandro Calvani, director of ARCMDG (ASEAN Center of Excellence on U.N. Millennium Development Goals) and Dr. Jonathan Shaw, Deputy Director of AIT’s Regional Resource Center for Asian and the Pacific and Executive Director of AIT Extension.
Prof. Isaxanli also visited Naresuan University’s “Academic Services Bangkok Center,” where he met the center’s director, Srisuda Chongsithiphol, Doctor of Business Administration.
Then he visited Bangkok University, where he met with Dr. Pahadda Unyapho, Director of the International Affairs Office, and other officials of this office including Nisachol Jitdechkajorn, International Affairs Officer. He also met with senior officials, faculty and scholars of the School of Engineering, including Dr. Karel L. Sterckx, Director of the Center of Research in Optoelectronics, Communications and Control Systems, and Dr. Waleed S. Mohammed, Research Scholar. They spoke about ideas for mutual cooperation between Khazar University and Bangkok University. At Bangkok University, Prof. Isaxanli was shown a video presentation about the university and was given a tour of the university campus.
Then Prof. Isaxanli flew to Vietnam, where he visited the two cities of Hanoi and Ho Chi Minh. He first had a meeting with senior officials at the Ministry of Education, where they discussed relations between Azerbaijan and Vietnam in education and research.
Then he visited Nong Lam University, where he met with President of the university, Assoc. Prof. Dr. Nguyen Hay; Head of the International Cooperation Office and Director for the Center for International Education, Dr. Nguyen Ngoc Thuy; Vice Head of the International Relations Office, Dr. Nguyen Phu Hoa; Associate Dean of Veterinary Medicine, Dr. Le Quang Thong; and other officials.
In another meeting, Prof. Isaxanli met with senior officials of Ho Chi Minh City and the Portcoast Consultant Corporation, including Chairman of the Management Board, Than Tan Phuc, and Financial and Administrative Manager, Nguyen Thi Tam Trinh. They discussed establishment of a new Educational and Training Center in Ho Chi Minh City with support from Khazar University.
He also visited Asian Institute of Technology’s center in Vietnam.
Then in Jakarta, Indonesia, Prof. Isaxanli had a meeting with government officials and business enterprises. These included Dr. Johny Johan, Development Director of PT. Bekasi Fajar Industrial Estate; Ir. Ahmad Lanti, Project Manager of Australia Indonesia Partnership; and Dr. Sugimin Pranoto, Senior Advisor for the National Agency for Disaster Management.
He also had a meeting with the Ambassador Extraordinary and Plenipotentiary of Azerbaijan to Indonesia, Mr. Tamerlan Qarayev.
[:]