[:az]Aprelin 4-də Xəzər Universitetinin X Olimpiadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin geniş toplantısı keçirildi. Toplantını giriş sözü ilə universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Olimpiadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri professor Hamlet İsaxanlı açdı. H. İsaxanlı məlumat verərək bildirdi ki, bu il keçirəcəyimiz olimpiada – X yubiley olimpiadasıdır və on ildir Xəzər Universiteti bu şərəfli və məsuliyyətli işi həyata keçirir. H. İsaxanlı olimpiadanı yüksək səviyyədə keçirtmək üçün yaradılmış Təşkilat Komitəsinin fəaliyyətini gücləndirməyin vacibliyini vurğuladı.
Olimpiadaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Əlövsət Əmirbəyli görülmüş işlər haqqında geniş məlumat verərək, təşkilat komitəsi üzvlərinin bundan sonra da daha fəal olmasını arzuladı. Təşkilat Komitəsinin sədr müavini Məhəmməd Nuriyev çıxış edərək, Təşkilat Komitəsi üzvləri arasında aparılmış iş bölgüsü haqqında məlumat verdi, testlərin hazırlanmıasında kafedra əməkdaşlarının ekspert kimi iştirakının zəruruliyini vurğuladı.Təşkilat Komitəsinin üzvlərindən Rafiq Əhmədov, İsaxan İsaxanlı, Siyavuş Azakov, Zərifə Əliyeva, Emin Rüstəmov və digərləri çıxış edərək, hazırlıqla bağlı təkliflərini bildirdilər. Sonda H.İsaxanlı Olimpiadanın yüksək səviyyədə keçirilməsi üçün bütün imkanlardan maksimum istifadə etmək tapşırığını verdi.
[:en]On April 4, a meeting of the Organizing Committee for Preparation of the 10th Khazar University Olympiad was held. The founder of Khazar University and chairman of its Board of Directors and Trustees, and Chairman of the Organizing Committee for Olympiad Preparation, Professor Hamlet Isaxanli, opened the meeting. H. Isaxanli noted that the Olympiad to be held this year is the 10th annual Olympiad; for ten years Khazar University has been carrying out this honorable and responsible work. H. Isaxanli stressed the necessity to strengthen the work of the Organizing Committee created to hold the Olympiad on a high level.
Deputy Chairman of the Organizing Committee of Olympiad Preparation, Alovsat Amirbeyli, gave detailed information about the work that had been done so far, calling on the organizing committee members to be more active in the future. Deputy Chairman of the Organizing Committee, Mohammad Nuriyev, made a presentation, gave information about the work distribution among the members of the Organizing Committee, and emphasized the importance of participation of the department employees as experts in the preparation of test questions. Members of the Organizing Committee Rafig Ahmedov, Isakhan Isakhanli, Siyavush Azakov, Zarifa Alieva, Emin Rustemov and others made presentations, reporting on suggestions about the preparations. At the end of the meeting, H. Isaxanli gave instructions to make maximum use of all the opportunities for holding Olympiad on a high level.
[:]